“Sərhəddəki insidentlərin arxasında Rusiya dayanır” - "Pərdəarxasından oynayır"
Banuçiçək Kalbalıyeva
12:16 28.07.2021
Aktual
690
“Moskva məsələnin birdəfəlik, köklü həllində maraqlı deyil”
“Niyə Kreml Azərbaycan hərbçilərinin yaralanmasına münasibət bildirmir, sanki nəsə olmayıbmış kimi davranır?!”
“Bax, bunlar ciddi- Rusiyanın real siyasətindən xəbər verən məqamlardır”
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın dövlət sərhədində növbəti təxribatı ilə bağlı bəyanat yayıb. Azərbaycan XİN-in Mətbuat xidmətindən daxil olan bəyanatda deyilir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, 28 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb. Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir". Azərbaycan XİN Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırır.
"Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq", - deyə bəyanatda vurğulanır.
BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmləri doktoru Sabir Məmmədli hesab edir ki, Ermənistanın konstruktiv mövqe sərgiləyəcəyi yaxın zaman üçün real görünmür. O, bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin konturları məlumdur: müharibədən əvvəlki qaydaları və ab-havanı bərpa etmək. Moskva Qarabağ məsələsinin tam həll olunmamasını daim gündəmdə saxlamaq istəyir. Əks halda Kremlin bölgədə təsiri minimuma düşəcək, sülhməramlılara ehtiyac qalmayacaq. Halbuki şimal qonşumuz məhz sülhməramlılar vasitəsilə regiondakı mövcudluğunu daha da gücləndirmək niyyətindədir. Bu mənada hansısa razılığın əldə olunacağına inanmıram.
Bu, yalnız bir halda- ABŞ və Türkiyənin regionda real güc sahibinə çevrilməsindən sonra ola bilər. Onda şimal qonşumuz Azərbaycan və Gürcüstan məsələlərində arxaya çəkilməli olacaq.
Rusiya ilk gündən bəri ikili “oynayır”. Kreml sahibi 10 noyabr sazişindən, hətta vaxtı ilə özünün səsləndirdiyi bəyanatlardan uzaqlaşmağa, sanki onları unutmağa çalışır.
Hərçənd o özü demişdi ki, münaqişə bitdi. Əlbəttə, Moskva siyasətini açıq şəkildə yeritsə, ona qarşı ikrah yaranar, Azərbaycan adekvat davranış sərgiləyər. Buna görə də “suyu bulandırmamağa çalışır” və “pərdəarxasından oynayır”.
Əsas məqsədlərdən biri də Azərbaycan cəmiyyətini rus siyasətçilərin bəyanatlarından emosional asılılığa salmaqdır. Yaxşı ki, cəmiyyətimiz baş verənlərə soyuqqanlı, təmkili yanaşır”.
S.Məmmədlinin fikrincə, sərhəddəki insidentlərin arxasında dayanan da məhz Rusiyadır:
“Dediyim kimi, Moskva məsələnin birdəfəlik, köklü həllində maraqlı deyil. O da məlumdur ki, erməni silahlı qüvvələri Rusiyanın nəzarəti altındadır. Deməli, təxribatların arxasında birbaşa Moskva dayanır. Kremlin niyyətlərindən biri də daxildəki revanşistləri öz tərəfinə çəkməkdir. İkinci bir tərəfdən isə konkret nizamlama prosesi getmədikcə Ermənistanın daim Rusiyaya ehtiyacı olacaq. Düzdür, Moskva təxribatlarda İrəvanı günahlandırır. Ancaq özü məsuliyyət daşıyır. Niyə Kreml Azərbaycan hərbçilərinin yaralanmasına münasibət bildirmir, sanki nəsə olmayıbmış kimi davranır?! Bax, bunlar ciddi- Rusiyanın real siyasətindən xəbər verən məqamlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya