“Sərhədlərimiz etibarlı əllərdədir”
Fidan Həmişəyeva
13:40 09.08.2021
Aktual
560
Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib.
Nazirlikdən verilən məlumata görə, əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb.
Məruzə olunub ki, hərbi hissədə şəxsi heyətin xidməti üçün bütün lazımi şərait yaradılıb. Sonra Müdafiə Nazirliyinin rəhbərliyi qeyd olunan ərazilərdə dislokasiya olunan digər hərbi hissələri ziyarət edib.
Bildirilib ki, hərbi hissələr müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə silah otaqları, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqələri, ərzaq və əşya anbarları, hamam-sanitar qovşaqları istifadəyə verilib. Ərazilərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
Tərxis Olunmuş Hərbçilərin Gənclər Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənlinin “Sherg.az”a açıqlamasına görə, Müdafiə nazirinin bu səfəri birbaşa Ali Baş Komandanın göstərişi ilə həyata keçirilib:
“Cənab Prezident hər zaman ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərib, şəxsi heyətin sosial həyatının yaxşılaşdırılması üçün sərəncamlar imzalayıb. Torpaqlarımız azad ediləndən sonra minaların təmizlənməsi ilə yanaşı müxtəlif infrasturuktur layihələri həyata keçirilir, paralel olaraq hərbi hissələr tikilir.
Həm Dövlət Sərhəd Xidmətinin (DSX), həm də Müdafiə Nazirliyinin hərbi hissələri açılır. Bunların hamısı dövlətimizin apardığı siyasətin nəticəsidir. Torpaqlarımızın azad edilməsi üçün nə qədər böyük fədakarlıq edildisə, minalanmış ərazilərin də təmizlənməsi, quruculuq və bərpa işlərinin görülməsi də bir fədakarlıqdır.
Hərbçilərimizin mühafizəsi yüksək səviyyədə olmalıdır. Bunun üçün də Azərbaycan dövləti onların yaxşı yaşaması və xidmət etməsi üçün nə lazımdırsa edir. Elə bir şərait qurulur ki, gələcəkdə hərbçilərimiz ailələrini də özləri ilə apara bilsinlər.
Dövlətimiz artıq hədəflərinə çatıb. İndi isə hərbi hissələr elə formada tikilir ki, gələcəkdə hərbi şəhərciklər olsun. Bu işlər qısa bir zamanda bərpa olunacaq, azad edilən ərazilər cənnət məkana çevriləcək, məcburi köçkünlərimiz geri qayıdacaq. Sərhədlərimiz də etibarlı əllərdədir.
Bu baxımdan ölkə başçısı hərbçilərimiz üçün lazım olan bütün şəraiti yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual