
Şəriətə ziddir: Sürücünün avtobusu saxlayaraq yolda namaz qılması qətiyyən doğru deyil
Yusif Nəzərli
05:22 31.12.2023
Aktual
596
Avtobus sürücüsü nəqliyyat vasitəsini kənarda saxlayıb və namaz qılıb.
Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
“BakuBus” MMC-dən bildirilib ki, görüntü qurumun istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib:
“Daxil olmuş videogörüntü əsasında daxili araşdırma aparıldı. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəqiqə) dini ibadətini yerinə yetirib. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmayıb”.

İlahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan isə " Sherg.az" a açıqlamasında deyib ki, sürücünün sərnişinlərlə dolu avtobusu saxlayaraq yolda namaz qılması qətiyyən doğru deyil, şəriətə ziddir.
İlahiyyatçının sözlərinə görə, İslam dininə görə ibadət bəndə ilə Allah arasında olan vasitədir. Ona görə ibadəti, duanı başqalarına göstəriş olaraq etmək olmaz: "İbadəti aram və sabit şəkildə etmək gərək. Çirkli və şübhəli məkanlarda namaz qılmaq olmaz. Hətta şəkil olan otaqda namaz qılmaq bəyənilmir.
Keçən dəfə qarşıma video çıxdı, təyyarədə bir nəfər keçiddə namaz qılırdı, ayaqyoluna tələsən sərnişinlər isə narazı şəkildə onu gözləyirdilər. İbadət zamanı başqalarını incitdinsə o ibadət qəbil oluna bilməz. İndi də avtobus sürücüsü avtobusu saxlayıb sərnişinlər içində yolda namaz qılır. Bu, bir neçə yöndən doğru deyil.
Yolda namaz qılmaq, namaz üçün məkruh sayılan bir neçə yerdən biridir. Hamamda, ayaqyolunda, qəbristanlıqda, qəbir üstündə, Hədislərdə kəbənin üstündə, yolda və yol kənarında namaz qılmaq məkruh, yəni bəyənilməyən əməl sayılır. Həm də yolla keçənlərin, avtomobillərin, sərnişinlərin narahatlığına səbəb olduğu üçün məqbul deyil, həm də göstəriş və riya təsviri, bəlkə də niyyəti daşıdığına görə bəyənilən əməl deyil.
Avtobus sürücüləri üçün yanacaq doldurma, nahar etmə, sonuncu dayanacaqda bir neçə dəqiqəlik fasilə üçün şərait yaradılır. Sürücülər həmin zaman ərzində namaz qıla bilərlər.
Əgər uyğun məkan olmasa belə şəriətə uyğun olaraq oturaraq da ibadət etmək, göz işarəti ilə də namaz qılmaq məqbuldur.
İbadət digər insanları gözləmək, narahat etmək üçün yox, Allahı razı salmaq üçün edilir. O minikdə xəstəsi olan və xəstəxanaya tələsən insanlar, işə gecikən adamlar ola bilər. Yaxud sərnişinlərin hərəsi müxtəlif dinlərə inanan adamlar ola bilər. Hər sərnişin öz inancına görə dayandırıb ayin icra etsə o zaman hansı mənzərə yaranar? Təbii ki, xoşagəlməz durum alınar. Çünki sürücünün maşını saxlayıb namaz qılmaq haqqı olduğu kimi sərnişinlərin də haqqı olmuş olur. O zaman hamı dayanacaqda düşüb namaz qılsın.
Namaz qılmaq üçün dinimizdə hər cür imkan tanınır. Gedə-gedə, göz işarəsi ilə, oturaq halda və. s. Yəni, bir sözlə yolda, başqalarının diqqətini çəkmək üçün edilən ibadət Allah üçün yox, göstəriş üçündür, ona görə bəyənilən deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat