Seymur Orucov: "Gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır"
Ayyət Əhməd
11:17 09.11.2019
Aktual
639
“Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Onun sözlərinə görə, bir millətin dövləti varsa, bayrağı da var. Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir”. Sherg.az-ın xəbərinə görə, bunu YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır:
"Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məfhumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış edib. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ucaldılıb. Amma Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. Ötən əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə qovuşdu və üçrəngli bayrağımız da yenidən Dövlət bayrağı kimi təsbit edildi. 1990-cı il noyabr ayının 17-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı elan olundu. Sonra bu bayraq müstəqil dövlətimizin atrubutu kimi qəbul edildi. Prezident İlham Əliyevin qərarı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb.
Bu gün üçrəngli bayrağımız bütün beynəlxalq təşkilatların qarşısında dalğalanır və hər bir vətəndaş bununla qürur duyur. Azərbaycan cəmiyyəti, xüsusilə gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır. Çünki bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir”.
Oxşar xəbərlər
Trampın tarif təzyiqi nəticə verir: Hindistandan ABŞ-a 18 milyard dollarlıq sərmayə
13:55 30.09.2026
Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur -ŞƏRH
13:15 30.09.2026
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol