Şimal qonşumuz gözləmə rejimindədir - Əziz Əlibəyli
Yusif Nəzərli
15:01 24.10.2023
Aktual
739
Fransa Ermənistana hərbi müşavir göndərəcək, həmçinin erməni xüsusi təyinatlılarına təlim keçiləcək.
Bu barədə Fransa Respublikasının Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün “X” hesabında bildirib.
Nazir, xüsusilə tərəflərin artıq əməkdaşlığa başladıqları, yaxud da başlamaq niyyətində olduqları proqram və sahələri sadalayıb.
O, 2023-cü ilin yanvarında Fransanın Ermənistandakı səfirliyinə hərbi attaşe təyin edildiyini xatırladıb və qarşıdakı çoxsaylı işgüzar görüş, hərbi səfər barədə məlumat verib, həmçinin çavuş və zabit kadrları hazırlayan hərbi təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətlərdən söz açıb.
Lekornyu paylaşımında Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələrinin hazırlığına, xüsusən də yüksək dağlıq şəraitdə döyüş əməliyyatlarının aparılmasına xüsusi diqqət yetirib. Erməni snayperləri də hazırlıq keçəcəklər.
Fransalı nazir, həmçinin Ermənistana üç “GM200” radarının tədarük edildiyini və “Mistral” zenit raket komplekslərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb.
Sebastyan Lekornyunun açıqlamasına münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a söyləyib ki, bu, Ermənistan ilə Fransa arasında yeni müttəfiqlik müqaviləsidir:
"Eyni zamanda hərbi cəhətdən Qafqazda yeni müharibə çağırışıdır. Fransa Ermənistanın vizası ilə Azərbaycan, Türkiyə, Rusiya və İrana qarşı belə bir demarş etməyi nəzərdə tutur. Bunun dəyərləndirməsini isə Rusiya və İran tərəfindən daha vacib formada həyata keçirəcək. Çünki bilavasitə bu ölkələrin milli maraqları tapdalanır. Qısa zaman kəsiyində Rusiyanın Ermənistanı cəzalandırmaqla bağlı real addımlar atacağını görəcəyik. Rusiyanın atdığı addımlar isə Ermənistanda hakimiyyət dəyişikliyinə qədər gətirib çıxara bilər. İndiki vəziyyətdə Paşinyanın müəyyən öhdəlikləri var. Bunu görə də, Şimal qonşumuz gözləmə rejimindədir".
Ekspert onu da qeyd edib ki, Azərbaycan da buna sərt reaksiya verəcək:
"Çünki bu bir savaş səbəbidir. Əgər müharibə olarsa, həmin silahlar yenidən Azərbaycanın əlinə keçəcək və gətirib hərbi qənimətlər parkına qoyacağıq. Azərbaycan digər cavabı isə Bakı təşəbbüs qrupunun Fransanın yeni Neokolonializm "İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" tədbiri ilə ortaya qoymuş oldu. Çox gərgin diplomatik savaş gedir. Ona görə də, Ermənistan növbəti dəfə buna görə cəzalandırılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya