"Siqaret nə qədər bahalaşsa, bir o qədər yaxşıdı" - İqtisadçı
10:22 07.08.2023
Aktual
686
"Hətta, o qədər bahalaşsın ki əlçatmaz qiymətə olsun, bəlkə insanlarımız bu zərərli məhsuldan əl çəkdi"
Paytaxtda siqaretlərin qiyməti artıb. Qaynarinfo.az-ın xəbərinə görə, bu barədə satıcılar bildirib. Onlar qeyd edib ki, siqaretlər firmalar tərəfindən bahalaşdırılıb. Firmalar bütün siqaretlərin qiymətinə 10 qəpik əlavə ediblər.
İqtisadçı Eldəniz Əmirov siqaretlərin qiymətindəki artımı inflyasiya ilə izah edib.“Sherg.az” xəbər verir ki, iqtisadçı ölkədə inflyasiyanın hesablanma metodologiyasında 528 məhsul və xidmətdən istifadə edildiyini vurğulayır:
- Bu məhsullar arasında qiymətinin qalxmasına təəssüf etdiyim sonuncu məhsul siqaretdir. Çünki, siqaretin qiymətinin qalxması onun istifadəçilərinin sayının azaldır. Bunu DSK və ÜST hesabatları təsdiqləyir. Hazırda isə bu qiymət artımının xüsusi və qeyri-adi bir səbəbi yoxdur. Səbəb sadədir: İnfilyasiya. Sadəcə 528 məhsulun əksəriyyətinin qiyməti gündəlik və ya həftəlik bir-iki qəpik artığı üçün nəzərə az çarpır. Amma siqaretin qiyməti dövlət tərəfindən tənzimlənməsə də onun artımı gündəlik və ya həftəlik olmur. Bir müddət daşlaşmış qiymət olur, tərpənməz qalır. 4-5 aydan bir qiymət 10 -20 qəpik birdən artır. Bu isə bugünki rezonansı verir. Çünki, həyat üçün ən lazımsız olan siqaret öz aludəçisini əsir saxlayır. Hansı ayda və nə qədər qalxması isə bu sahədəki subyektlərin davranışından asılıdır. Amma illik nəticədə siqaret qiymətlərindəki artım hər zaman ərzaq infilyasından az, qeyri-ərzaq infilyasiyasından çox olur. Bu ildə belə olacağı şübhəsizdir. İl ərzində Azərbaycan təxminən 16 milyon dollardan çox ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub. Konkret siqaretin özünə gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib. Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərcləmişik. Yəni tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən 70-75 milyon dollar çox ölkədən vəsait çıxır.
İqtisadçı Fuad İbrahimov da “Sherg.az”a açıqlamasında bahalaşmanı inhisarçılıqla əlaqələndirsə də, siqaretin bahalaşmasına sevindiyini dedi:
- Siqaret nə qədər bahalaşsa, bir o qədər yaxşıdı. Hətta, o qədər bahalaşsın ki əlçatmaz qiymətə olsun, bəlkə insanlarımız bu zərərli məhsuldan əl çəkdi. Qaldı məsələnin iqtisadi tərəfinə, bahalaşma üçün ciddi əsas görünmür. Vergi rüsumu artmayıb, aksiz markalarda artım olmayıb, idxal rüsumunda artım baş verməyib... İqtisadi cəhətdən elə bir vəziyyət yaranmayıb ki, siqaretin bahalaşmasına əsas olsun. Sahibkarın satdığı məhsulun qiymətini qaldırmasında da qanunsuzluq yoxdur. Sahibkar idxal etdiyi məhsulu özü təyin etdiyi qiymətə satır. Ola bilər siqaretlər idxal edilən yerdə bahalaşıb. İdxal xərci artıb deyə, qiymət də artıb. Mən burada əsas səbəb kimi inhisarçılığı görürəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm