Suitilərin kütləvi ölümü təşviş doğurur
Suitilərin kütləvi ölümü təşviş doğurur
Yusif Nəzərli
21:28 08.12.2022
Aktual
542
Rusiyanın atdığı raketlərdən Xəzər çirklənir, canlı təbiət də zərər görür
Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.
Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək.
Ekoloq Çingiz İsmayılov "Publika.az"a açıqlamasında bildirib ki, Xəzərdə suitilərin kütləvi formada tələf olmasının bir neçə səbəbi ola bilər: “Tam dəqiqləşdirmək üçün leşlərin üzərində analiz aparılmalıdır. Bundan sonra səbəblər aydın olacaq. Amma əsas səbəbləri üçlük formasında sıralaya bilərik. Bunlardan birincisi, çirkab sularıdır. Heyvanlar suya atılan plastik, çirkli maddələrin təsirindən ölürlər.
İkincisi isə yataqlarda seysmik kəşfiyyat işləri aparılan zaman dərin qatlarda partlayışlar olur. Onun radiusu partlayıcı maddənin təsirindən asılı olaraq 3-5 kilometrə çatdıqda, bütün canlılar məhv olur.
Üçüncü səbəb isə suitilərdə yayılan çuma xəstəliyidir. Çuma yoluxucudur və onların tələf olmasına səbəb ola bilər. Qeyd etdiyim kimi, əsas səbəb analizlərin nəticələrindən sonra bəlli olacaq”
Həkim Vasif İsmayılı isə “Şərq”ə açıqlamasında deyib ki, “Qırmızı kitab”a düşəcək qədər sayı azalan suitilərin kütləvi ölümü təşviş doğurur:
“Son həftələrdə Xəzərin Rusiya və Qazaxıstan sektorunda 2 500 Xəzər suitisinin cəsədinin sahilə vurduğuna dair xəbərlər eşidirik.
Səbəbləri haqqında isə mütəxəssislər ciddi bir şey söyləmirlər.
Rusiya Ukraynaya qarşı apardığı müharibədə Engels şəhərində yerləşən hərbi hava limanından qalxan stratejik bombardmançı təyyarələrdən buraxdığı X 22 və bu tərz raketlərdən istifadə edir. Bunun üçün təyyarə Engels şəhərindən qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketi oradan buraxır.
Əslində Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var. X 22 raketinin yanacağı zəhərlidir və bu raketin ciddi problemləri var - raketlərin bir qismi təyyarədən fırladıldıqdan sonra uçmur, yerə düşür.
Raket insan yaşayan torpaqlara düşməsin deyə dəniz üzərindən atırlar.
Görünür, Rusiya daha keyfiyyətli raketləri qurtardığı üçün problemli X 22 raketlərini atmağa başladı və Xəzərə düşən nasaz raket sayı da artdı. Nəticədə, Xəzər də çirklənir, canlı təbiət də zərər görür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya