Taliblər tərəfindən böyük təhdidlərə məruz qala biləcəyinə ehtiyatla yanaşan ölkələrdən biri də təbii ki, Rusiyadır. Çünki "Taliban"ın verdiyi vədlərə baxmayaraq, radikal islam cərəyanının Rusiyanın cənub-şərq qurşağında yerləşən Mərkəzi Asiyaya sirayət etməyəcəyinə, daha doğrusu, ixrac edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Belə halda Mərkəzi Asiyada qanlı-qadalı qarşıdurmaların qızışması və bu od-alovun tezliklə Rusiyaya keçəcəyi şübhə doğurmur. Bu isə böyük qurbanlar və resurslar hesabına, güc-bəla ilə radikal islam cərəyanını cilovlamış Moskva üçün ciddi təhlükədir. Məhz bu səbəbdən Kreml "Taliban" hökumətini tanımağa və onunla əlaqələr qurmağa hələ tələsmir. Bir sözlə, Rusiya gözləmə mövqeyindədir. Maraqlıdır, əgər "Taliban" həqiqətən Mərkəzi Asiyaya müdaxilə edərsə, o zaman Rusiya necə davranış sərgiləyəcək?
"Taliban"ın ilk hədəfi regionun müsəlman ölkələri olacaq