
"Tehran Avropa İttifaqının bölgəyə soxulmasına etiraz etməyəcək" - AKTUAL
Yusif Nəzərli
07:36 22.03.2024
Aktual
506
"İran rejimi bütün şübhələrə rəğmən hər zaman Qərbin, xüsusən də, ABŞ və Fransanın yanında olub, indi də belədir"
İran açıq etiraf etməsə də, Ermənistanla sərhədlərində baş verənləri, Avropa İttifaqının bölgəyə soxulmasını öz təhlükəsizliyinə ciddi təhdid kimi görür. Bəzi rəsmilərin açıqlamasında bu məqam narahatlıqıa dilə gətirilir, üstüörtülü mesajlar verilir. Hətta bəzi məlumatlara görə, artıq İranın xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif adlar altında Ermənistana keçməyə başlayıblar. Onların qarşıdakı dövrdə baş verə biləcək hadisələrdə hansı rolu oynayacağını ehtimal etmək o qədər də çətin deyil. Moskvanın Qərbin Cənubi Qafqaza gəlişinə reaksiyası ortadadır. Lakin Tehranın reaksiyası, atacağı addımlar müəmmalıdır. İran hər şeyə rəğmən, Ermənistanın "nəfəslik" rolunu oynamağa davam da edə, yaxud Qərbin regiona, Tehranın burnunun dibinə yerləşməsinə qarşı kəskin addımlar ata bilər.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın regiona təhlükəsizlik qarantiyası adı altında regiondan kənar gücləri cəlb etməsi cəhdi ilk növbədə İranın təhlükəsizliyinə təhlükə yaratdığı açıqdır.

Analitik vurğulayıb ki, İran bunu yaxşı başa düşür:
"Ermənistana xüsusi xidmət orqanları əməkdaşlarının keçməsi xəbərləri də bunu deməyə əsas verir. İran təbii olaraq bunu sakit qarşılamayacaq. İranın yürüdəcəyi siyasətin necə olacağı məsələsi İran rejiminin mahiyyətindən asılı olacaq. İran rejimi Qərbin, xüsusən də, NATO üzvü kimi Fransanın Ermənistana gəlməsinə ilk baxışda razı olmasının mümkünsüz olduğunu hesab etmək olar. Amma bu rejimin həqiqətən ABŞ və Fransa ilə münasibətləri göründüyü kimidirmi sualı tərəddüdlər yaradır. İran rejimi və qeyd edilən ölkələr özlərini bir-birinə düşmən kimi göstərsə də, əslində belə olmadığına dair də bir çox əsaslar mövcuddur. Bu baxımdan İran Ermənistanın bu siyasətini sakit də qarşılaya bilər. Təbii ki, İranın atacağı addımlar bəlli olduqca qeyd edilən nüanslar yəqinlik tapacaq. Əgər İran buna kəskin reaksiya göstərərsə, məsələn, Azərbaycanın yanında olmağa başlayarsa, Ermənistana ciddi təzyiqlər etməklə "nəfəslik" rolundan imtina etsə, onda İranın qeyd edildiyi kimi Qərblə birlikdə olduğuna dair pərdəarxası məqamlara aydınlıq gələr. Amma hesab edirəm ki, İran böyük ölçüdə buna etiraz etməyəcək. İran rejimi bütün şübhələrə rəğmən hər zaman Qərbin, xüsusən də, ABŞ və Fransanın yanında olub, indi də belədir. Bu durumda isə İrandakı azərbaycanlılar kartının işə düşməsi mütləq olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət