Terror izi...
Turan
20:22 05.08.2021
Aktual
566
Türkiyənin yanan meşələri cəbhə xəttidir
"Meşələri yandıranlar, yer kürəsinin yaşıl örtüyünü bilərəkdən məhv edənlər beynəlxalq ekoloji terror törədirlər"
Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiyanın, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. Azalmanın əsas səbəblərindən biri yeni yaşayış məskənlərinin və iş yerlərinin salınmasıdır. Başqa təbii hadisələrlə yanaşı, meşələrdə baş verən təbii və ya süni yanğınlar nəticəsində insanların oksigen mənbələrinin sahəsi azalıb.
Hər il meşələr də daxil olmaqla yer kürəsinin 340 milyon hektardan artıq ərazisi zədələnməkdədir. Məlum olduğu kimi iyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları davam edir. Faciə nəticəsində 10 nəfər həyatını itirib, çoxlu sayda heyvan ölüb, minlərlə insan evindən didərgin düşüb. Minlərlə ağac, kol və başqa bitki örtüyü məhv olub. Türkiyəni bürüyən yanğınların söndürülməsi üçün Azərbaycan, Ukrayna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı və başqa dövlətlər yardım ediblər. Qardaş ölkədə meşə yanğınlarını törədənlərin videoları yayılıb. Terrorçu PKK qruplaşmasının “Alovun uşaqları” adlı dəstəsi meşə yanğınlarını törətdiklərini etiraf ediblər. Bir müddət əvvəl isə Türkiyənin ayrı-ayrı mətbu orqanları meşə yanğınlarında PKK terror təşkilatının üzvlərinin əli olması barədə məlumat yaymışdı.
Politoloq Sədrəddin Soltan deyib ki, bu gün Türkiyənin yanan meşələri cəbhə xəttidir. Ekspertin sözlərinə görə, havadarları türk düşməni olan terrorçular qardaş ölkənin ərazisinə “basqın” ediblər:
“Söndürülən hər yanğın ocağı Türkiyənin düşmənlərinin bağrının yarılmasıdır. Bu həm də yer kürəsi əhalisinin oksigen mənbələrindən birinin terrorçulardan xilas edilməsidir. İnsan hüquqları sadəcə bir dövlətin daxili işi deyil. Bununla bağlı dünyanın bütün dövlətlərinin bir-birinin qarşısında öhdəlikləri var. Meşələr də elədir. Onların qorunması bütün insanların, dövlətlərin işidir. Bütün insanlar meşələri, ağacları qorumağa borcludurlar. Türkiyədə meşələrin yandırılmasından bir həftə keçməsinə baxmayaraq, Qlobal Yaşıllar Hərəkatı hələ də susur. Bu beynəlxalq hərəkat 2001-ci ildə Avstraliyanın paytaxtı Kanberrada təsis edilib. Birinci Ümumdünya Konqresində Yaşılların Qlobal Xartiyası qəbul olunub. Ayrı-ayrı dövlətlərdəki yaşıllar hərəkatları, ekoloji qurumlar da terrorçu PKK-nın törətdiyi yanğınları hələ də sükutla qarşılayırlar”.
Müsahibimiz vurğulayıb ki, yaşıl örtüklərin məhvi insanların, həyatın məhvdir: “Terrorçu PKK və onun dəstələri Türkiyədə meşələri yandırmaqla bütün canlıları məhv etməyi hədəf seçiblər. PKK insanlığın düşmənidir. Onlara havadarlıq edənlər də bu terrorçu qruplaşma qədər cinayətkardır. Dünya hər cür terroru lənətləyir. Türkiyədə, yaxud dünyanın istənilən bölgəsində, ölkəsində meşələri yandıranlar, yer kürəsinin yaşıl örtüyünü bilərəkdən məhv edənlər beynəlxalq ekoloji terror törədirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə