Tovuz döyüşləri və 13 Sentyabrın analogiyası! – “Layiqli cavablar alacaqlar”
Yusif Nəzərli
14:18 14.09.2022
Aktual
668
2 il öncə baş vermiş Tovuz döyüşləri Azərbaycan Ordusunun tarixinə qızıl hərflərlə yazıldı. Bu döyüşlər şanlı qalibiyyətimizin başlanğıcı oldu. Həmin ilin 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi ölkə rəhbərimizin müdrik siyasəti və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində qələbəmizlə yekunlaşdı. Amma yenə də Ermənistan məğlubiyyətini qəbul etmək istəmədi. Təxribatlarına son qoymadı. Az qala hər gün Ordumuzun mövqelərini atəşə tutdu. 12 sentyabrdan 13-nə keçən gecə isə Ermənistan ölkəmizə qarşı genişmiqyaslı provokasiya törətdi. Lakin Azərbaycan Silahlı Qüvvələri düşmənin qətiyyətlə, layiqli cavabını verdi. 2020-ci ildə yaşanan Tovuz hadisələri ilə hazırkı gərginliyi fərqləndirən ən əsas cəhət də elə Ordumuzun üstünlüyüdür. Bu gün qorxmaz, igid əsgərlərimiz qalib dövlət adına düşmənlə mübarizə aparır, cavab əməliyyatı lazımi səviyyədə keçirilir.
Bu barədə "Sherg.az"a danışan millət vəkili Ramil Həsən diqqətə çatdırıb ki, Ermənistanın həyata keçirmiş olduğu bütün təxribat prosesləri və provokativ hadisələr bölgədə vəziyyətin daha da gərginləşməsinə xidmət edir:
"Qarşıdurmalar bölgədə müstəqil siyasət yürüdən Azərbaycan dövlətinin regionda sülh və sabitlik yaratmasına maneəçilik törətmək məqsədilə şübhəsiz ki, Ermənistanı əlində vasitə kimi istifadə edən böyük güc və qüvvələrin atdığı iyrənccəsinə, düşünülmüş planların tərkib hissəsidir.
Azərbaycan lideri, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlərdən sonra törədilən bütün provokasiyalar sülh müqaviləsi ilə yaxınlaşma istiqamətində irəliləyişi durdurmaq, bölgədə xaos yaratmaq və ölkəmizə qarşı təzyiq metodlarından istifadə məqsədi daşıyır.
Qəhrəman Azərbaycan əsgəri Tovuz hadisələrində düşmənin layiqli cavabını verdiyi, 44 günlük Vətən müharibəsi çərçivəsində şücaət göstərərək, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyi kimi, şanlı ordumuz 13 sentyabr tarixində də baş vermiş təxribatın qarşısını alır. Ölkə başçısının həyata keçirmiş olduğu bütün daxili və xarici siyasət, ordu quruculuğu Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.
Ona görə də hər birimiz dövlətimizin milli birliyi və bərabərliyi uğrunda Azərbaycan liderinin əmrlərini icra etməliyik. Həmrəyliyimiz və "Dəmir yumruq" vasitəsilə indiyə qədər düşmənin başını necə əzdiksə, əminəm ki, bu gün də, sabah da onları tarimar edirik və edəcəyik. Həmçinin ölkədə qarşıdurma yaradan xarici qüvvələr layiqincə cavablar alacaqlar.
Eyni zamanda bölgədə Azərbaycan və Türkiyə faktoru mövcuddur. İki qardaş dövlət birlik və bərabərlik nümayiş etdirirlər. Şübhəsiz ki, bu müttəfiqlik bir çox güclərin fəaliyyətinə əngəl törətməkdədir.
Bütün baş verənlərin fonunda Allah Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! Vətən, başın sağ olsun! Hər zaman Prezident İlham Əliyevin ətrafında birləşərək, həmrəylik nümayiş etdirməyi və bir olmağı arzu edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Konqoda Eboladan ölənlərin sayı 500-ü ötdü
20:02 06.07.2026
Dünya
Rutte: Rusiya Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək
19:59 06.07.2026
Siyasət
Tramp: İranın nüvə silahı olmayacaq
19:54 06.07.2026
Siyasət
Tramp: Rusiya-Ukrayna sülhü yaxındır
19:50 06.07.2026
Siyasət
Tramp: Ağ Evin Cənubunda helikopter meydançası tikilir
19:40 06.07.2026
Dünya
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
19:37 06.07.2026
Futbol
YAP-ın İdarə Heyətinin növbəti iclası keçirilib.
19:25 06.07.2026
Ölkə
Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi
19:10 06.07.2026
İqtisadiyyat
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region