Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar media-tur təşkil olunub
10:22 12.07.2022
Aktual
472
Müdafiə Nazirliyi tərəfindən Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub.
Nazirlikdən Sherg.az-a verilən məlumata görə, media nümayəndələri bu ərazidə dislokasiya olunan hərbi hissədə xidmət edən, həmçinin Tovuz döyüşlərinin iştirakçısı olan hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.
Hərbi qulluqçular dövlət sərhədinin Tovuz rayonu istiqamətində 2020-ci il iyulun 12-17-si tarixlərində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.
Media-tur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi hissədə yaradılan yataqxana, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə də yaxından tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual