ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə birbaşa görüş keçirməyə tam hazır olduğunu, lakin bunun üçün tərəflərin Ukrayna münaqişəsinə dair yekun sülh sazişi imzalamaq mərhələsinə gəlməli olduqlarını bəyan edib.
Teleqraf xəbər verir ki, Tramp ABŞ-nin Ukraynadakı qanlı müharibəni dayandırmaqda qətiyyətli olduğunu xüsusi vurğulayıb.