Türkiyə pandemiya sınağından üzü ağ çıxıb
Turan
07:30 05.08.2021
Aktual
565
Türkiyə Çindən sonra ən böyük iqtisadi artıma nail olan ölkədir
Türkiyədə davam edən yanğınların qardaş ölkə iqtisadiyyatına mənfi təsirləri qiymətləndirilir. Müzakirə olunan digər məsələ isə Türkiyənin yanğından sonra dəymiş ziyanı hansı müddətə bərpa edəcəyi ilə bağlıdır. Məlumdur ki, son illər Türkiyəyə qarşı həm siyasi, həm iqtisadi qərarlar qardaş ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Amma hər zaman Türkiyə bu sınaqlardan çıxa bilib. Türkiyənin mövcud maliyyə imkanları bu sınaqdan da çıxmağa imkan verəcəkmi?
Millət vəkili, iqtisadçı Vüqar Bayramov vurğulayıb ki, 794 milyard dollar Ümumu Daxili Məhsulla “Böyük İyirmiliyin” üzvü olan Türkiyə illik 167 milyard dollarlıq ixrac ilə dünyanın 26-ci ən böyük eksport potensialı olan ölkəsidir. Deputatın sözlərinə görə, hazırda Türkiyənin xarici valyuta ehtiyatları 62 milyard 660 milyon dollardır. Rəsmi Ankara isə ehtiyatların 128 milyard dollar olduğunu bəyan edib:
“Pandemiyanın təsirlərinə baxmayaraq, Türkiyə iqtisadiyyatı ötən il 1.8 faiz artıb. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında Türkiyə Çindən sonra ən böyük iqtisadi artıma nail olan ölkədir. İqtisadi məhdudlaşdırmalara rəğmən, Türkiyədə ÜDM ötən il tam rəqəmli böyüyə bilib. Bir müddət öncə isə rəsmi Ankara son illər iqtisadi məsələlərin həlli üçün 165 milyard dollar vəsait xərclədiyini bəyan etmişdi. Bu isə ondan xəbər verirdi ki, qardaş ölkədə bu oxşar sınaqlar mütəmadi müşahidə olunur. Deməli, əvvəlki illərin təcrübəsini və mövcud potensialı nəzərə alsaq Türkiyə yanğınların vurduğu iqtisadi ziyanları da qısa zamanda aradan qaldırmaq gücünə malikdir”.
Parlament üzvü qeyd edib ki, son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib:
“Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunun yaxın zamanlarda 20 milyard dollaradək yüksələcəyi gözlənilir. Azərbaycanın Türkiyəyə sərmayə qoyuluşları qardaş ölkənin iqtisadiyyatına dəstəkdir. Türkiyə bu bəladan qurtulduqan sonra da Azərbaycan sərmayəsi qardaş ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə töhfə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə