Türkiyə yeni vaksin hazırlayır: Burundan vurulacaq sprey...
Məlahət Rzayeva
13:02 31.03.2021
Aktual
587
Türkiyə koronavirusa qarşı yeni vaksin hazırlayır. Qardaş ölkənin sənaye və texnoloji naziri Mustafa Varank yeni vaksinin müjdəsini verib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, nazir ”intranazal” – burundan vurulacaq sprey şəklində istehsal olunacaq yeni vaksinin bu il ərzində istifadəsi mümkün olacağını deyib.
Vaksin istehsalçısı “Nanografi AŞ” vaksinin ildə 250 milyon dozada istehsal edilə biləcəyini deyib və xüsusi olaraq vurğulanıb ki, bu yeni vaksin mutant viruslara qarşı da effektli olacaq. Bu vaksinin Çinin Vuhan ştammı ilə yanaşı Britaniya ştammına qarşı təsirli ola biləcəyi Türkiyə Xalq Sağlığı Baş İdarəsində təsbit edilib. Yeni vaksinin istehsalına süni ağciyər modelinin böyük rolu olub. 10 il əvvəl tamam başqa bir layuhə üçün süni ağ ciyər modeli yaradılmış və azot içində dondurularaq saxlanılmış ağ ciyərə məxsus immun hüceyrələr “oyandırılaraq” COVİD peyvəndi tədqiqatında istifadə edilib. Bu yeni peyvəndin sınağı ilk olaraq Ankara Şəhər Xəstəxanasında gerçəkləşəcək. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca isə burun spreyi şəklində istehsal olunan vaksinin heyvanlar üzərində aparılan ilk sınaqlarının uğurlu olduğunu deyib. Nazir bildirib ki, qarşıdakı günlərdə vaksin könüllülər üzərində sınaqdan keçiriləcək. Burada da uğurlu nəticə alınarsa, ilin sonunadək 50 milyon doza vaksinə sahib olacaqlar. Vaksin istehsalçısı şirkət isə il ərzində 250 milyon doza vaksin istehsal edə biləcəklərini açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət