Türkiyəli nazir: “Zəngəzur dəhlizi ilə bağlı siyasi yanaşmalardan əl çəkmək lazımdır”

“Zəngəzur dəhlizi hansı dövlətin ərazisindən keçsə, həmin ölkə qazanacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uralooğlu “Haber Global”a müsahibəsində deyib.

O bildirib ki, Türkiyə layihənin ən qısa vaxtda başa çatması üçün bütün lazımi işləri görür: “Siyasi yanaşmalardan əl çəkib, ticarət barədə düşünmək lazımdır”.

Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması bütün regionun xeyrinə olacaq.