Üçtərəfli görüş!- “Gürcüstan da təlimlərə qoşula bilər”
09:43 17.09.2021
Aktual
579
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin iclası keçiriləcək. Belə ki, Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava bu ölkənin Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıçla görüşüb. Bu barədə Gürcüstanın Ankaradakı səfirliyindən bildirilib.
Tərəflər Gürcüstan və Türkiyə parlamentləri arasındakı mövcud münasibətlərin səviyyəsindən məmnunluq ifadə ediblər və parlament komitələrinin iki ölkənin qanunverici orqanları arasındakı əməkdaşlığın dərinləşdirilməsində oynadığı müsbət rol qeyd olunub. Görüşdə həmçinin ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri və regionda baş verən proseslər də nəzərdən keçirilib. Tərəflər yaxın zamanlarda Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli toplantısının keçirilməsinə hazırlıq ifadə ediblər.
İclasın əhəmiyyətini “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib ki, pandemiyaya kimi tərəflərin parlamentləri arasında əlaqələr yaxşı idi:
“Sonradan isə görüşlər olmadı, ancaq onlayn müzakirələr keçirildi. Yəqin ki, iclasda bölgədə üç ölkənin maraqlarının kəsişdiyi bütün məsələlər müzakirə ediləcək. Həmçinin Ermənistanın regiona yönəlik siyasəti əksini tapacaq”.
Şərhçinin sözlərinə görə, bundan sonra rəsmi Tiflislə əlaqələr daha da güclənəcək:
“Gürcüstan Rusiya ilə münasibətlərə görə “Üç qardaş-2021” təlimlərinə qoşulmadı. Amma müşahidəçi statusuna malik olması gələcəkdə Gürcüstanın da bu təlimlərə qoşulmasını istisna etmir. Türkiyə- Gürcüstan əlaqələri yüksək səviyyədədir. Tiflisin NATO-ya inteqrasiya olunmasına Ankara mühüm dəstək göstərməkdədir. Fikrimcə, bunun qarşılığı olaraq Gürcüstan Ermənistan və Rusiya ilə münasibətlərə töhfə verə bilər”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol