
Üçtərəfli görüşün “kodları” açılır: “Rusiyadan yan keçməklə Şərqlə Qərbi birləşdirəcək...”
Yusif Nəzərli
12:57 14.12.2022
Aktual
397
“...logistik xətlərin əhəmiyyəti artır”
“Bundan başqa Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması həm AB-nin, həm də hər iki ölkənin maraqlarına uyğun bir məsələdir”
“Bütün bunlardan sonra isə ola bilsin Türkmənistan birliyə müşahidəçi qismində yox tam şəkildə üzv olsun”
Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
Əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib.
“Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzalayıblar.
“2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”nı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurməhəmməd Amannepesov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.
“Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu” Türkmənistanın Dövlət Gömrük Komitəsinin sədri Maksat Xudayqulıyev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzalayıblar.
“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
“Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu imzalayıblar.

Dünya indi yeni logistik xətlər üçün çalışdığını deyən REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli “Sherg.az”a vurğulayıb ki Rusiyadan yan keçməklə Şərqlə Qərbi birləşdirəcək logistik xətlərin əhəmiyyəti artır:
“Çünki rəsmi Moskvaya tətbiq olunan sanksiyalar, həmin ölkənin ərazisindən keçən xətlərin sığortalanması məsələsini yaradır. Həm Asiya dövlətlərinin, həm də Avropa dövlətlərinin şirkətləri Rusiya ərazisindən keçən yüklərin təhlükəsizliyini öz üzərinə götürmək istəmirlər. Bu məsələ isə yeni logistik xətlərin önəmini birə-beş artırıb. Azərbaycanın isə infrastrukturu kifəyət qədər əlverişlidir. Bütün bunları nəzərə aldıqda Azərbaycanın və bölgənin önəmi artır. Digər tərəfdən Türkmənistan da Xəzər dənizindən yük daşınmaların həyata keçirilməsində böyük rola və inkişaf etmiş limana malik olduğu üçün ən əlverişli coğrafi nöqtələrdən biridir. "Türkmənbaşı" Xəzərdə "Bakı" limanından sonra ən uyğun limanlardan biri hesab edilir”.
Ekspert qeyd edib ki, bu üçtərəfli razılıqlar Şərq-qərb dəhlizinin gələcəkdə inkişafına və hər üç ölkənin tranzitdən gəlir əldə etməsinə ciddi fürsətlər yaradır:
“Bundan başqa Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması həm AB-nin, həm də hər iki ölkənin maraqlarına uyğun bir məsələdir.
Əgər bunun reallaşması mümkün olarsa, dünya enerji xəritəsində ciddi bir addım olacaq. Ona görə ki, Transxəzər boru xəttinin çəkilməsinə illərdir, Rusiya və İran mane olurdu. İndi isə bu maneələri aşaraq layihəni gerçəkləşdirmək olarsa, bu, bölgənin əhəmiyyətini xeyli artıracaq.
Digər tərəfdən sosial, siyasi və mədəni əlaqələrin genişləndirilməsi, qardaş xalqların gələcəkdə bir çox məsələlərdə birgə davranmasına şərait yaradır. Ümumiyyətlə, bu sənədlərin imzalanması getdikcə önəmi artan TDT-nin konfiqurasiyasının genişlənməsində ciddi rol oynaya bilər.
Bütün bunlardan sonra isə ola bilsin Türkmənistan birliyə müşahidəçi qismində yox tam şəkildə üzv olsun. Belə olduğu təqdirdə isə TDT-nin gücünə güc qatılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya