Üçüncü seçim variantı yoxdur...
Üçüncü seçim variantı yoxdur...
Yusif Nəzərli
09:50 08.08.2023
Aktual
368
Azərbaycanın yerli idarəetməsini qəbul etməyən ermənilərə heç bir güzəşt olunmayacaq
"Prezident İlham Əliyev vurğuladı ki, Qarabağdakı ermənilər separatçı rejimin “lider”lərinin arxasınca getməməlidirlər. Çünki o “lider”lər mülki ermənilərə daim yalan danışıblar və onları manipulyasiyanın girovuna çeviriblər".
Bu sözləri "Sherg.az"a Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov deyib. Ekspert bildirib ki, danılmaz həqiqətdir ki, Qarabağda yaşayan ermənilərin acınacaqlı vəziyyətinə yalnız Bakı son qoya bilər:
"Onları separatçı quldur rejimin əsarətindən qurtarmaq missiyası da nə İrəvanın, nədəki Rusiyanın müvəqqəti sülhməramlı kontingentinin üzərinə düşür. Bu missiyanı da Bakı həyata keçirəcək. Məhz buna görə də dövlət başçısı İlham Əliyev Qarabağdakı erməni icmasını həm yeni reallıqlarla hesablaşmağa çağırdı, həm də onlara bizim vətəndaşlarımız olaraq reinteqrasiya nəticəsində əldə edəcəkləri imkanları xatırlatdı. Prezident nəyə görə açıq və konkret mətnlə ismarıc yolladı? Çünki sözügedən məqamlar - təhlükəsizlik təminatları, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqları və s. bu gün Qarabağdakı mülki ermənilərin sıx-sıx müzakirə etdikləri məsələlərdir. Dövlət başçısı Xankəndidəki real vəziyyəti də, oradakı mülki ermənilərin ovqatını da və onları narahat edən məsələləri də yaxşı bilir. Ermənilər də öz növbəsində ölkə rəhbəri İlham Əliyevin ismarıcını düzgün dəyərləndirməlidirlər. Qarabağın erməni icması Xankəndidəki separatçı “lider”lərin qızışdırıcı çağırışlarına uyaraq beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalı və reinteqrasiyadan boyun qaçırmamalıdır".
Analitik qeyd edib ki, bu mənada, indi Qarabağdakı ermənilərin iki yolu var:
"Ya Bakının reinteqrasiya təklifini qəbul etməlidirlər, ya da ərazimizdə qeyri-qanuni yaşamaq praktikasına son qoyub ölkəmizin hüdudlarından çıxmalıdırlar. Bəli, seçim variantları bu qədər konkretdir. Üçüncü seçim variantı yoxdur və ola da bilməz. Azərbaycanın yerli idarəetməsini qəbul etməyən ermənilərə heç bir güzəşt olunmayacaq. Bu, dünya təcrübəsində də belədir. Heç bir hökumət separatçıların nazıyla oynamır. Bu gün Azərbaycan dövləti də, Azərbaycan cəmiyyəti də ermənilərin reinteqrasiyasına açıqdırsa, bu, Azərbaycan tərəfinin humanizmini göstərir. Ümumiyyətlə, “Euronews” televiziyasına müsahibədə səsləndirilən mesajların məzmunu onu göstərir ki, Azərbaycan Prezidenti ermənilərin bizim cəmiyyətimizə reinteqrasiyasının insidentsiz, problemsiz baş tutacağına inanır. Çünki bu istiqamətdə ilkin təcrübələr də pozitiv düşünməyimizə əsas verir. Ermənilərin reinteqrasiya ilə bağlı narahatçılıqları üçün heç bir əsas yoxdur. Cənab Prezident onların təhlükəsizlik təminatı, təhsil, mədəniyyət, din, bələdiyyə və sair hüquqlarının təmin edilməsi ilə bağlı özü şəxsən zəmanət verir. Dövlət başçısının zəmanətindən daha yüksək nə ola bilər?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm