Ukraynalı jurnalist:“Böyük ehtimalla minalar sonradan yerləşdirilib”
Banuçiçək Kalbalıyeva
06:33 07.06.2021
Aktual
649
“Son vaxtlar ermənilərin diversiya-kəşfiyyat qruplarının təxribat cəhdləri də bunu deməyə əsas verir”
Məlum olduğu kimi, bir neçə gün əvvəl Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirən iki media nümayəndəsi mina partlaması nəticəsində şəhid olub. Yayılan kadrlardan belə məlum olur ki, mina yeni basdırılıb-bəlkə də, Kəlbəcərdən çıxmaq üçün düşmənə verilən on günlük müddətdə. Görünür, ermənilər hələ də revanşist niyyətlərindən əl çəkməyiblər.
Ukraynalı hərbi jurnalist Roman Boçkala bu barədə “Sherg.az”a danışdı:
“Əlbəttə, faciəvi hadisədir. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqına və şəhidlərin yaxınlarına baş sağlığı verirəm. Təəssüflə deməliyəm ki, Ermənistanın siyasi mövqeyi dəyişməyincə, törətdiyi əməllərin məsuliyyətini dərk etməyincə belə hadisələr təkrarlanacaq. Hər halda indiyədək minalı torpaqların xəritəsi verilməyib. Mən ərazini yaxşı tanıyıram. Qarabağ barədə film çəkmişəm. Böyük ehtimalla minalar sonradan yerləşdirilib. Son vaxtlar ermənilərin diversiya-kəşfiyyat qruplarının təxribat cəhdləri də bunu deməyə əsas verir”.
R.Boçkala rəsmi İrəvanın məsuliyyət daşıdığını dedi:
“Ukraynanın şərqində də eyni vəziyyətdir. Oradakı duruma görə Rusiya, Qarabağda baş verənlər üçün isə Ermənistan məsuliyyət daşıyır. Odur ki, rəsmi İrəvan xəritəni verməklə yanaşı, həm də minaların təmizlənməsi işində fəal iştirak etməli, o cümlədən maddi təzminat ödəməlidir. Əgər tərəflər arasında razılaşma olubsa, Azərbaycan kimi, Ermənistan da şərtlərə əməl etməlidir. Əks halda başına gələcəklərə görə özü cavabdehdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm