Umudov:“Müstəqilliyimizin bərpasını qalib vətəndaş kimi qeyd edirik” - VİDEO
Yusif Nəzərli
10:34 18.10.2021
Aktual
655
"Səhnədçi" İdman Olimpiya Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi , DSX-nın polkovnik- leytenantı, idman ustası və əməkdar məşqçi ,"Dünyanın ən yaxşı məşqçisi Firdovsi Umudov həm zabit kimi fəaliyyətinə, həm də idman mütəxəssisi kimi xidmətlərinə görə, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə "The Best Of Azerbaijan" diplomu ilə təltif olunub. Təltif zamanı çıxış edən F.Umudov bütün mükafatçıları təbrik edib və qeyd edib ki, özü və eyni zamanda yetirmələri beynəxalq arenda, avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında qələbələr qazanıblar, lakin bu uğulara imza atan zaman ərazilərimiz işğal altında olub:
“Hazırda isə biz bu mükafatları qalib ölkənin, qalib xalqın, qalib ordu və müzəffər Ali Baş Komandanın əsgəri kimi alırıq. Bu, qürurvericidir. Müzəffər ordumuz və Ali Baş Komandanımız böyük şücayəti nəticəsində qamətimiz düzəldi. Ordu və xalq Ali Baş Komandanın “Dəmir Yumruğu” ətrafında birləşib, düşmənə ağır zərbələr endirdik. Bununla da ərazi bütövlüyümüzü təmin etdik. Biz indi zəfər qazanmış ölkənin vədəndaşları, əsgər və zabitləriyik. Bu qələbəyə gedən yolda şəhidlər verdik. Qanlar töküldü, canlar verildi, canlar alındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrinin qarşısında baş əyirik. Qazilərimizə allahdan şəfa diləyirik. Bütün şəhid və qazilərimizin qəlbimizdə böyük yeri var. Biz artıq sabah (oxu: bu gün) müstəqilliyimizin bərpasının otuz illiyini qeyd edəcəyik. Biz xoşbəxt qalqıq. Xoşbəxtik ki bu cür hərbi və diplomatik gücə, qüdrətə malikik. Biz zəfər qazanmış ölkənin qalib vətəndaş kimi, müstəqilliyimizin bərpasını qeyd edirik”.
Sonda F.Umudov tədbirin təşkilat komitəsinə təşəkkürlərini izhar edib:
“Çox sağ olun bu mükafatı mənə layiq gördüyünüz üçün. Hər birinizə minnətdaram. Ölkəmizin bütün tanınmış simaları buradadır. 44 günlük Vətən müharibəsində iştirak edən, ölkəmizin, dövlətimizin, Ali Baş Komandanımızın yanında olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Baxın, möhtərəm cənab Prezidentimiz və ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva işğaldan azad olunmuş torpaqlarımızda tez-tez səfərdə olurlar. Bu bizi çox sevindirir. Çünki Qarabağa, illərdir, düşmən tapdağında qalıb və 30 il sonra öz azadlığına qovuşan torpaqlarımıza yeni nəfəs verilir. Bu gün Qarabağın yenidən canlanması, dirçəldilməsi istiqamətində ciddi işlər görülür və görülən hər bir iş ortadadır. Azad olunan doğma torpaqlarımızda müstəqil Azərbaycanımızın üçrəngli şanlı bayrağının dalğalanmasına şahidlik etmək olduqca müqəddəs hissdir. Qoy, hər zaman bayrağımız dalğalansın! Xalqımızın və torpaqlarımızın başının üstünü bir də qara buludlar almasın. Var olsun Ali Baş Komandanımız, yaşasın müstəqil Azərbaycanımız!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region
Şapka udan məşhur begemot Fiona öldü
14:57 21.11.2026
Hadisə
Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var
14:41 21.11.2026
Dünya
Şəkidə küçə iti 4 yaşlı qızı dişləyib
14:28 21.11.2026
Hadisə
Sensasion xəbər var, ABŞ prezidenti o olacaq - Tramp
14:19 21.11.2026
Dünya
Böyük Britaniyanın yenidən Aİ-yə qoşulması müzakirə oluna bilər
14:07 21.11.2026
Dünya
İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılıb
13:57 21.11.2026
Hadisə
Rusiya: Bir sutkada 464 Ukrayna PUA-sı vurulub
13:20 21.11.2026
Dünya