Vitse-spiker islahatlardan danışdı: "Gələn il vergi daxilolmaları artacaq"
08:03 20.11.2019
Aktual
588
"Sosial-iqtisadi islahatlar, inkişafın bütün parametrləri üzrə qarşıya qoyulan vəzifələr, hökumətin vətəndaşlar qarşısındakı öhdəlikləri sahəsindəki hədəflərə çatmaq üçün gəlinən ümumi qənaət ondan ibarətdir ki, 2020-ci ilin büdcə paketinə daxil olan sənədlər və nəzərdə tutulan imkanlar bütün bu proseslərin həyata keçirilməsini təmin edəcək. Bir sözlə, gələn ilin inkişaf parametrlərinə tam uyğun şəkildə hazırlanan dövlət büdcəsi Azərbaycanın iqtisadi yüksəlişinə, əhalinin sosial rifahının daha da gücləndirilməsinə, mədəni və humanitar sahələrdə görülən işlərə, o cümlələdən ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun döyüş imkanlarının daha da artırılmasına xidmət edəcək".
Bu sözləri Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova parlamentin komitələrinin birgə iclasındakı çıxışı zamanı deyib.
Milli Məclis sədrinin müavini qeyd edib ki, gələn ilin dövlət büdcəsinin icrasından gözləntilər həm də qeyri neft-sektorundan daxilolmaların artması və bunun da nəticəsində büdcədə neft amilindən asılılığın azaldılmasıdır. Həyata keçirilən islahatlar və qarşıya qoyulan vəzifələr onu deməyə imkan verir ki, gələn il vergi daxilolmaları artacaq. Xüsusilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsindəki proseslər nəzərdə tutulan hədəflərə çatmağı təmin edəcək. Bütün bunlar həm də biznesin, orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, büdcədən ayrılan xərclərin səmərəliliyinin artırılması, şəffaflığın və hesabatlılığın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılacaq.
B.Muradova onu da əlavə edib ki, regional inkişafa, bölgələrdə məşğulluğun təmin olunmasına, kənd təsərrüfatının inkişafına dair prioritetlərin yerinə yetirilməsinə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edəcək istiqamətlərdə siyasətin həyata keçirilməsi ilə bağlı məsələlərin yüksək səviyyədə maliyyələşməsi büdcə paketində nəzərə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə