“İran ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunu devirilənə qədər Hörmüz boğazını açmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin siyasi müşaviri Məhəmmədbaqir Zülqədər deyib.
Həmçinin bildirib ki, Tehran keçmiş ali rəhbər Əli Xameneinin və daha minlərlə öldürülən insanın qisasını almaq niyyətindədir.
Zülqədər Hörmüz boğazının bağlı qalmasını “qisasın birinci mərhələsi” adlandırıb.