YAP-dan uğurlu qərar:“Partiyada gənclər önə çıxa biləcək...”
Fidan Həmişəyeva
14:58 10.09.2021
Aktual
778
“...Yeni partiya üzvləri üçün imkanlar açılacaq”
Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyəti toplanıb. İclasda partiyanın rayon və şəhər təşkilatları sədrlərinin bir neçəsi vəzifədən azad edilib. Partiyanın Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlun, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlun, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlun, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Suraxanı rayon təşkilatının sədrliyinə Seyidov Vüqar Səməndər oğlu, Xəzər rayon təşkilatının sədrliyinə Əhmədov Namiq Məcid oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu, Pirallahı rayon təşkilatının sədrliyinə Abasov Emil Tofiq oğlu təyin edilib.
YAP-dakı islahatlar barədə fikirlərini «Sherg.az”la bölüşən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlının sözlərinə görə, hakim partiyada həyata keçirilən islahatlar artıq bir neçə ildir ki, ölkəmizdə dərinləşdirilən islahatlar siyasətinin tərkib hissəsidir:
“Hakim partiya olaraq YAP qurultayından sonra bir sıra dəyişikliklərə getdi. Bu dəyişikliklər də cəmiyyətimizdə müsbət qarşılandı. Hesab edirəm ki, YAP-ın qurultayından sonra qəbul edilən qərar rayon təşkilat sədrlərinin yalnız bir vəzifə tutması ilə bağlıdır.
Yəni onlar rayon təşkilatının sədrləridirsə, millət vəkili və ya başqa vəzifə tuta bilməzlər. Bu da kifayət qədər uğurlu bir qərardır. Bunun da səbəbi odur ki, artıq partiyada gənclər də önə çıxa biləcək, yeni partiya üzvləri üçün imkanlar açılacaq. Ona görə də qərar olduqca alqışalayiqdir”.
F.Şahbazlı qeyd edib ki, qərarın nəticəsi olaraq bir sıra rayon və şəhər təşkilat sədrlərinin dəyişdirilməsi, yerlərinə başqa şəxslərin təyin edilməsi lazımlı idi:
“Bununla YAP digər siyasi qüvvələrə bir növ örnək olur. Ümumiyyətlə, hakim partiyada bir sıra sahələrdə islahatlar gedir. O cümlədən də 30 ilə yaxındır rayon təşkilatlarına rəhbərlik edən şəxslərin yenilənməsi partiyanın fəaliyyətində uğurlara səbəb olacaq.
Bu mənada YAP- dakı islahatlar hakim və Azərbaycan siyasətinin ən güclü partiyası kimi böyük maraq doğuraraq, ictimaiyyət tərəfindən diqqətlə izlənilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya