
Yaxın günlərdə “3+3” formatında görüşlər keçiriləcək
09:26 12.10.2023
Aktual
401
Xarici qüvvələrin regiona müdaxiləsi bloklanır
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın “3+3” formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazır olduğunu deyib. Baş nazir vaxtilə “3+3” formatında Tehranda görüşün keçirilməsi ilə bağlı razılıq əldə edildiyini xatırladıb və bunun effektli ola biləcəyini söyləyib. Xatırladaq ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir. Rusiya xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasındakı telefon danışığı zamanı da nazirlər Cənubi Qafqaz üzrə “3+3” formatı çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər. Türkiyə və Azərbaycan ilk vaxtdan bu təşəbbüslə çıxış edir və "altılıq platforma"sının həmmüəllifləri sayılır. Görünən odur ki, Azərbaycan və Türkiyənin atdığı uğurlu hərbi və diplomatik addımlar nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bakı və Ankara bu gün bölgənin əsas geosiyasi aktorları kimi proseslərə yön verirlər və bu da region üçün yeni perspektivlər açır. "3+3" formatında da məqsəd region ölkələrini bir platformada birləşdirməklə bölgədə daimi sabitliyi, əməkdaşlıq mühitini təmin etməkdir. Azərbaycan və Türkiyədən başqa digər dörd iştirakçıdan da müsbət siqnalların gəlməsi altılı formatın reallaşacağına ümidləri artırmaqdadır. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir. Lakin "altılıq platforması"nın reallaşmasını asan məsələ hesab etməyənlər də var. Onların fikrincə, bunun üçün bütün regional dövlətlər ortaya siyasi iradə qoymalıdır.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, "3+3" formatı hazırda əvvəlki dövrlərdən daha aktual xarakter daşıyır. Ekspertin sözlərinə görə, son proseslər bu formatın əhəmiyyətini ciddi şəkildə artırıb:

"Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edib. Rəsmi Bakı Azərbaycanın Qarabağ regionu üzərində suveren hüquqlarını təmin edib. Yəni "Qarabağ" mövzusu hazırda birdəfəlik gündəmdən çıxarılıb. Bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında əsas münaqişə mövzusu artıq mövcud deyil. Eyni zamanda bununla Cənubi Qafqazın ən qəliz problemi də təməlli şəkildə həll edilib. Ona görə də indi "3+3" formatında Cənubi Qafqazın digər problemlərinin həlli ilə bağlı müzakirələrin keçirilməsi üçün elə bir ciddi əngəl qalmayıb. Əksinə, "3+3" formatı regionun inkişaf perspektivləri qarşısında duran süni əngəllərin aradan qaldırılması üçün real imkanlar aça bilər. Məsələ ondadır ki, hazırda Cənubi Qafqazda cərəyan edən proseslərə bu regiona aid olmayan dövlətlər və beynəlxalq qurumlar tərəfindən kobud müdaxilələr edilir. Xüsusilə də, Fransa, Almaniya və Avropa Birliyinin bəzi özəl maraqlardan qaynaqlanan davranışları Cənubi Qafqazda situasiyanın qəlizləşməsinə yol açır. Ona görə də hazırda Azərbaycan, Türkiyə, Rusiya və İran Qərbdən Cənubi Qafqaza edilən kobud müdaxilələrdən qətiyyən məmnun deyil. Bu baxımdan, Cənubi Qafqazın problemlərinin müzakirəsində bu regiona heç bir aidiyyəti olmayan beynəlxalq dairələrin iştirak cəhdlərinin bloklanmasına ehtiyac yaranıb".
Analitik vurğulayıb ki, Cənubi Qafqazın problemləri, eləcə də, inkişaf perspektivləri məhz region ölkələri və bu regiona qonşu olan ölkələrin iştirakı ilə müzakirə edilməlidir: "Bütün bunları nəzərə aldıqda, "3+3" formatında görüşlərin keçirilməsi indi daha çox mümkün görünür. Yəqin ki, yaxın vaxtlarda bu format üzrə görüşlər keçiriləcək və daha sonra intensiv xarakter alacaq. Cənubi Qafqazda ABŞ və Qərblə kəskin qarşıdurma içərisində olan Rusiya və İran da bu formatın baş tutmasında maraqlıdır. Azərbaycan isə bu formatın ideya müəllifidir. Ermənistan blokadadan çıxmağa çalışdığından belə müzakirələrə möhtacdır. Türkiyə Azərbaycanın müttəfiqidir və Cənubi Qafqazda rəsmi Bakı ilə ortaq maraqlara malikdir. Gürcüstan isə böyük ehtimalla yaxın vaxtlarda bu formata qoşulmağın vacibliyini qəbul edəcək. Yəni "3+3" formatı olduqca aktualdır və böyük ehtimalla regional proseslərdə avanqard platformaya çevrilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil