
Yeganə Hacıyeva: Sabit və dayanıqlı sülh sazişi üçün hüquqi maneələr olmamalıdır
13:45 06.09.2024
Aktual
623
Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bildirib ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür. Sülh müqaviləsinin mətnin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlət başçısı qeyd edib ki, Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlilik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək.
Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyeva “Sherg.az”a söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində Beynəlxalq Çernobbia Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı ssesiyada səsləndirdi ki, rəsmi İrəvan və Bakı arasında sülh sazişinin 80 faizi razılaşdırıb və geriyə 20 faizi qalıb:

"Yerdə qalan 20 faizə isə hüquqi məsələlərin həlli üzərindən Ermənistanın təşəbbüslərinə aiddir. Hüquqi məsələlər Ermənistanın konstitusiyasının bəndləri ilə əlaqədar məsələlərdir. Ermənistanın konstitusiyasında faktiki olaraq Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiası mövcuddur. Həmçinin Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycan ərazisi olan Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müstəqillik bəyannaməsinə istinad var və hazırda da konstitusiyanın preambulasında həmin sənəd yer alır. 2023-cü ilin sentyabrında həmin dırnaqarası qurum özünü buraxdı və sözügedən müstəqillik bəyannaməsi əslində ləğv olundu. Yəni həmin bəyannamənin onsuz da beynəlxalq hüquqla gücü yox idi, çünki bu separatizmin elan olunması idi. Keçən ildən sonra isə ümumiyyətlə əhəmiyyəti qalmayıb. Buna baxmayaraq Ermənistan konstitusiyasında həmin bəyannaməyə hələ də istinad mövcuddur.
Politoliq qeyd edib ki, konstitusiyanın preambulası konstitusiya sənədinin təsviri deməkdir:
“Demək ki, Ermənistan konstitusiyasının mahiyyəti doğru deyil. Eyni zamanda beynəlxalq hüquqa ziddir və hüquqi cəhətdən yararsızdır. Ona görə də təkcə Azərbaycanın sülh şərti olaraq deyil, həmçinin sadaladığımız digər səbəblərə görə də Ermənistan öz konstitusiyasını mütləq dəyişməlidir. Sabit və dayanıqlı sülh sazişi üçün hüquqi maneələr olmamalıdır. Çünki bütün proseslərin aqibətini yekunda hüquqi məsələlər müəyyən edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm