YENİ PLAN! - "Rusiya "Koçaryan variantı"nı seçməyəcək"
Fidan Həmişəyeva
09:15 26.05.2021
Aktual
834
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan “iLur.am” saytına müsahibəsində verdiyi açıqlamalar ilə bir çox qaranlıq məsələlərə aydınlıq gətirib. Petrosyan Koçaryana qarşı sərt ittihamları ilə də yadda qalıb.
Onun sözlərinə görə, 1997-ci ildən başlayaraq, Erməni Ümummilli Hərəkatını (ona ilk prezident özü rəhbərlik edib-red.) çıxmaq şərti ilə Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq İrəvan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər, məhz Ermənistanın fəlakəti də bundan qaynaqlanır.
Petrosyanın bu açıqlamaları birbaşa olaraq Robert Koçaryana ünvanlanıb. "Qarabağda 44 günlük müharibənin məğlubiyyətə görə məsuliyyətini yalnız Nikol Paşinyan daşımır. Ermənistanı fəlakətə gətirib çıxaranlar indi yalnız N.Paşinyanı ittiham edirlər" deyən Petrosyan artıq Ermənistanda böyük əksəriyyətin də düşündüyü kimi 44 günlük II Qarabağ müharibəsindəki ağır məğlubiyyətin əsasının hələ Koçaryan-Sarkisyan cütlüyünün vaxtında qoyulduğuna diqqət çəkib. Ter-Petrosyanın son açıqlaması Koçaryanın əsas rəqibi, hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın əlini seçki öncəsi daha da gücləndirə bilər.
Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini, siyasi şərhçi Elxan Şükürlünün fikrincə də Petrosyanın belə fikirlər səsləndirməsi Paşinyanın mövqeyini gücləndirir:
“Ermənistanda qızışan seçki Azərbaycanda da hədsiz maraq və diqqətlə izlənir. Çünki bu seçkilərin nəticələri təkcə Ermənistanın taleyini müəyyənləşdirməklə kifayətlənməyəcək, həm də Azərbaycanla münasibətlərin gələcəyini aydınlaşdıracaq.
Hazırda Azərbaycanda bir çoxlarında bu düşüncə hakimdir ki, rusiyayönümlü qüvvələrin əsas lideri Robert Koçaryan qalib gələrsə, bu, Ermənistanda revanşistlərin dirçəlişini sürətləndirəcək. Onlar Qarabağa yerləşmiş rus hərbçilərinin köməyindən istifadə etməklə, ərazilərimizi təkrar işğala cəhd göstərəcəklər. Bu səbəbdən Azərbaycanda yenidən savaş istəməyən kəsim qərbyönümlü qüvvələrin lideri Paşinyanın qələbəsini daha çox arzulayır və hətta Azərbaycan hakimiyyətindən də Paşinyanın erməni cəmiyyətində mövqeyini gücləndirəcək hansısa addımlar atılmasını gözləyirlər”.
Nəzərə alsaq ki, hazırda bölgədə həyata keçirilən plan “rus planı”dır. O halda Rusiyanın öz planının həyata keçməsini ləngidəcək, ona mane olacaq və sülhməramlı missiyasını sual altına salacaq, Ermənistanı qazanmaq istərkən Azərbaycanı da birdəfəlik itirməsiylə nəticələnəcək "Koçaryan variantı"nı seçəcəyi qətiyyən ağlabatan görünmür.
Əksinə, Rusiya üçün Qarabağ problemi Qərblə, xüsusən də ABŞ-ın yeni administrasiyası ilə münasibətlərdə uzlaşma əldə ediləcək əsas müstəvilərdən biri və bəlkə də birincisi sayılır. Bu, ABŞ dövlət katibi Blinkenlə və Rusiya Xarici işlər naziri Lavrovun Reykyavik görüşündə bir daha üzə çıxdı: tərəflər münaqişənin uzunmüddətli həllinin zəruriliyi haqda ortaq bəyanatla çıxış etdilər və bu mövqenin planlaşdırılan Bayden-Putin görüşündə daha konkret şəkildə ifadə olunacağı da qaçılmazdır. Üstəlik, Rusiyanın Qarabağda yerləşməsinə legitimlik qazandıra bilməyəcəyi çəkingənliyi yaşadığı və bu səbəbdən Ermənistanda Paşinyan hakimiyyətini hərbi çevriliş yoluyla devirməkdən yayındığı da aşkar görünür”.
E.Şükürlü vurğulayıb ki, ABŞ və Rusiya arasında Ermənistanda hakimiyyətin taleyinin məhz seçki yoluyla müəyyənləşməsi, gələcək sülh danışıqlarını legitim bir hakimiyyətin aparması haqda pərdəarxası razılaşma var:
“Belə bir razılaşmanın mövcudluğunu Ermənistanın ilk prezidenti, 76 yaşlı siyasətçi Levon Ter-Petrosyanın seçkiyə qatılmaq istəyi də təsdiqləyir. Onun sabiq prezidentlərə seçkiyə eyni blokda getmək və baş nazirliyə namizədliklərini də irəli sürməmək öhdəliyi götürmək təklifiylə çıxış etməsi çox ciddi hadisədir. Petrosyanın təklifindən imtina edən Koçaryanı sərt şəkildə “dövlət maraqlarını düşünməyən” və “Paşinyandan qisas almağa çalışan şəxs” kimi xarakterizə etməsi isə onun indidən seçkidə ikinci prezidentə qarşı cəbhə açacağının anonsu sayıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya
NATO ölkələri vahid müdafiə istehsalı sistemi yaradır
10:11 13.10.2026
Dünya