Yunanıstanda iki azərbaycanlı həbsxanaya salındı
07:10 31.10.2019
Aktual
444
Nefçala rayonunun Bankə qəsəbəsindən Ağayev Rauf Tofiq oğlu və Salyan rayonunun Qızılağac kəndindən Mikayılov Əbülfəz Adışirin oğlu bir neçə ay bundan qabaq Türkiyəyə işləməyə gediblər.
Azərbaycan vətəndaşlarına İtalyada işləmək təklif edilib. Əməkhaqqının yüksək olduğu vəd edilib. Bu zaman hər iki azərbaycanlı gəmi ilə gizli formada İtaliyaya keçmək istəyiblər. Ancaq Yunanıstanda tutulublar. Hazırda üç aydır ki, həbsdədirlər.
Hər iki soydaşımızın ailəsi Modern.az-a narahat olduqlarını bildiriblər. Ailələr səfirliyə müraciət etsə də, cavab ala bilmədiklərini deyiblər.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat katibi Leyla Abdullayeva cavab bildirib ki, Azərbaycanın Yunanıstandakı səfirliyi məsələni nəzarətdə saxlayır:
“Azərbaycan vətəndaşları Mikayılov Əbülfəz Adışirin oğlu və Ağayev Rauf Tofiq oğlu insan alveri, özgə həyatını təhlükəyə məruz qoymaq və dövlət sərhədlərini qanunsuz keçməkdə ittiham olunaraq Yunanıstanın Nafplio şəhər həbsxanasında saxlanılırlar.
Qeyd etmək istərdik ki, sözügedən şəxslər qanunsuz miqrantları daşıyan gəmi ilə Türkiyənin Bodrum şəhərindən İtaliyanın Katanya şəhərinə yola çıxıblar. Ölkəmizin Yunanıstandakı səfirliyi məsələni nəzarətdə saxlayır, saxlanan azərbaycanlı şəxslərlə görüş keçirilib”.
XİN rəsmisi bildirib ki, vətəndaşlarımıza hüquqi yardım göstərilir:
“Onlar saxlanma şəraitlərindən şikayətlənməyib və hər hansı zorakılıqla üzləşmədiklərini bildiriblər. Saxlanılan vətəndaşlarımıza Yunanıstan Respublikasının qanunlarına uyğun olaraq hüquqi yardım göstərilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm