Yunanıstanın Baş naziri: F-35-lərin alınması Yunanıstana mühüm üstünlük verir

Yunanıstan təyyarə parkını yeniləməklə havada mühüm üstünlük əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.

“Bu gün Yunanıstan F-16 təyyarələrini modernləşdirə, Rafale qırıcıları əldə edə bilib və hazırda F-35-ləri qəbul edir.

Bu, bizə çox ciddi üstünlük verir. Hətta bunu üstünlük kimi də adlandırmağa cəsarət edərdim.

Bu üstünlükdən istifadə etmədən qala bilmərik”, - Baş nazir bildirib.