Zaxarova anlasın! - “Bakı Gorus- Qafan yolunu açmayacaq”
11:02 17.09.2021
Aktual
455
“Çünki məhz həmin yol nəzarətə götürüldükdən sonra İranın və Rusiyanın Azərbaycanla bağlı siyasəti bir daha ifşa olundu”
“Tehrandan Qarabağa yüklərin daşındığını, sülhməramlıların isə buna icazə verdiyini gördük”
“Qarabağa terrorçuların, silahların daşınmaması barədə kimsə bizə zəmanət verə bilməz”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq keçirib. O, bildirib ki, Azərbaycan, Rusiya, Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq Rusiya Federasiyası (RF) regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində səylərini davam etdirəcək.
Rusiya rəsmisinin dediyinə görə, Qarabağ ətrafındakı mövcud vəziyyət Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyasına dair işlərin tezliklə başlanmasını, daha sonra isə sərhədin demarkasiyası zərurətini ortaya qoyur.
Zaxarovanın zaman-zaman belə açıqlamalar verməsi məlumdur. Amma deyilən sözlər əməldə təsdiqini tapmır.
Rəsmi Moskvanın əməli ilə sözü arasındakı ziddiyəti “Sherg.az”a şərh edən politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib ki, deyilənlərin bizim üçün fərqi yoxdur:
“Rusiya belə açıqlamalarla Azərbaycan və Ermənistana mesaj verir. Bakıya demək istəyir ki, Gorus- Qafan yolu açılmasa, biz Laçın dəhlizində istədiyimizi edəcəyik. İrəvana verilən mesaj isə for-postu sakitləşdirmək xakarterlidir. Biz bunlara əhəmiyyət verməməliyik. Bakının Gorus- Qafan yolunu açmaq fikri yoxdur. Çünki məhz həmin yol nəzarətə götürüldükdən sonra İranın və Rusiyanın Azərbaycanla bağlı siyasəti bir daha ifşa olundu. Tehrandan Qarabağa yüklərin daşındığını, sülhməramlıların isə buna icazə verdiyini gördük. Qarabağa terrorçuların, silahların daşınmaması barədə kimsə bizə zəmanət verə bilməz. Üstəgəl, yaralı erməni hərbçilərinin İran xəstəxanalarına aparılıb, orada müalicə olunması da istisna deyil”.
C.Nuriyev, həmçinin diqqətə çatdırıb ki, indi Kremlin kifayət qədər problemi var:
“Rusiya hakimiyyətinin başı daxildəki duma seçkilərinə qarışıb. Proseslər Moskvanın Cənubi Qafqazda nəzarəti itirməsinə doğru gedir. Çünki artıq Ermənistan da, Azərbaycan da öz yolunu seçib. Doğrudur, biz qonşularımızla, o cümlədən Moskva ilə qonşuluq münasibətlərinin tərəfdarıyıq. Lakin həm də ərazi bütövlüyümüzün təmin edilməsində israrlıyıq”
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol