Zəngəzur dəhlizi bizim hədəfimizdir
Zəngəzur dəhlizi bizim hədəfimizdir
Yusif Nəzərli
21:20 24.10.2023
Aktual
492
Tehranın hədələrindən, o cümlədən bəzi Qərb ölkələrinin təzyiqlərindən çəkinməməliyik
İran və Azərbaycan şirkətləri Naxçıvana keçidlə bağlı layihənin həyata keçirilməsi üçün ciddi addımlar atır. Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. Nazir qeyd edib ki, Zəngəzur marşrutu ilə bağlı İrandan Naxçıvana keçid layihələndirilib. Xatırladaq ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bir müddət öncə bildirmişdi ki, əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında iştirakdan imtina edərsə, dəhliz İrandan keçə bilər: “Vacib sual Zəngəzur dəhlizinin Ermənistandan keçib-keçməyəcəyidir. Dəhliz real coğrafi şərait nöqteyi-nəzərindən keçdiyi ərazilərin hər hansı biri üçün faydalı olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə siyasi vasitəçilik etmədən qiymət verəcək. Əks halda, alternativ dəhlizin İran sərhədlərindən keçməsi olacaq”. Nazir onu da əlavə etmişdi ki, dəhlizin bəzi hissələri istisna olmaqla, Zəngəzur marşrutu artıq böyük miqyasda hazırdır: “Bakıdan Xankəndi şəhərinə gedən marşrut var. Bundan sonra Türkiyə şirkətinin Ermənistanla sərhədə qədər apardığı işlər gəlir. Naxçıvanda 110 km-ə yaxın marşrut var və orada yolların bir az salınmasına ehtiyac var. Bundan sonra marşrut Qarsa gedəcək. Türkiyə ərazisində 224 km yol olacaq”. Onun sözlərinə görə, yaxın vaxtlarda Naxçıvan ərazisində işlərə başlanacaq: “Bir ay ərzində Türkiyə marşrutun bir hissəsinin öz ərazisində tikintisi üçün tender keçirəcək”.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, İran üzərindən alternativ yollar məsələsi daha da aktuallaşmağa başlayıb. Onun sözlərinə görə, Zəngəzur məsələsində Ermənistanın və o cümlədən İranın dirənişi, pozucu hərəkətləri göz qabağındadır:
"Tehran indiki Ermənistan ərazisi üzərindən Zəngəzur dəhlizinin açılmasına imkan vermir və buna çox aqressiv yanaşır. İran Ermənistanın ərazisinin "qırmızı xətt" olduğunu israrla vurğulayır. Amma bu məsələdə qətiyyən geri çəkilmək olmaz. Azərbaycan tərəfi Zəngəzur dəhlizi iddiasında sonadək getməlidir və sözügedən bölgələri şübhələndirməlidir. Hər baxımdan, siyasi-tarixi prizmadan buna hüququmuz var. O baxımdan Tehranın hədələrindən, o cümlədən bəzi Qərb ölkələrinin təzyiqlərindən çəkinməməliyik. Zəngəzur dəhlizi bizim hədəfimizdir".
Ekspert İranın öz ərazisindən keçən yolla bağlı gələcəkdə hansısa problem yaradacağını düşünmür:
"İrandan keçəcək yol beynəlxalq nəqliyyat dəhlizinin, tarixi İpək yolunun bir hissəsi sayılacaq. Çindən Avropaya uzanan bir marşrutdan söhbət gedir. Yəni bu yol təkcə Azərbaycanla bağlı deyil ki, İran tərəfi istədiyi zaman yol üzərində maneələr yaratsın. İran özü də bu layihədən ciddi qazanacaq. Ona görə də Tehranın bu yoldan təzyiq vasitəsi kimi istifadə edəcəyi inandırıcı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya