“Zəngəzur dəhlizinin açılması qlobal güclərin marağındadır” - Həllini tapacaq!
Yusif Nəzərli
14:55 07.10.2021
Aktual
320
“Bununla Paşinyan özünü və erməni cəmiyyətini xilas edəcək”
"Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb. Bununla bağlı AZAL-dan məlumat verilib.
Qurumdan bildirilib ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.
Ekspertlər qeyd edir ki, sözügedən yenilik birtərəfli xarakter daşımır. Müvafiq öhdəlik həm Azərbaycan, həm də Ermənistanın üzərinə düşür. Odur ki, eyni şəkildə Ermənistanın mülki təyyarələri də Azərbaycanın hava məkanından keçən dəhlizlərdən istifadə edə biləcək.
Zəngəzur dəhlizinin hava məkanının açılması quru yolun bərpası ilə bağlı da məsələni gündəmə gətirib. Maraqlıdır, Ermənistan rəhbərliyi bundan sonra Azərbaycanla normal münasibətlərin bərpasına çalışacaqmı?
Sualımızı cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a söyləyib ki, əslində Ermənistan və Azərbaycan arasında elə də bir problem qalmayıb:
“Müzakirələr, verilən bəyanatlar və oradakı fərqliliklər həlledici məsələ deyil. Düşünürəm ki, İranla münasibətlər konktekstində Ermənistan və Azərbaycan əlaqələrinin fərqli sferaya keçdiyinin şahidi oluruq. Çünki ilk növbədə Ermənistan Azərbaycanın qalibiyyətini qəbul edir. Ancaq önəmli məsələ budur: Rəsmi İrəvan artıq İrana fərqli münasibət sərgiləyir. Yəni Ermənistan tərəfi mövcud durumdan bezib. İran Naxçıvana hərbi hava yolunu bağlasa da, Ermənistan açdı. Zəngəzur dəhlizi də gec-tez həllini tapan bir məsələdir və qlobal güclərin marağındadır. Bu məsələnin həlli ilə Paşinyan özünü və erməni cəmiyyətini xilas edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı