1 aylıq körpə dağıntıdan sağ çıxarıldı

"...Onu görüncə qızım ağılıma gəldi"
Suriyada Bəşər Əsəd rejimi və Rusiyanın tez-tez hava hücumlarına hədəf olan İdlibdə bombalanan bir binanın dağıntıları altından 1 aylıq körpə sağ çıxardıldı.
Ölkənin şimal-qərbində müxalif qrupların nəzarətində olan İdlibə qarşı şiddətli hava hücumlarında vətəndaşların məskunlaşdığı 5 mərtəbəli bina vuruldu. Əsəd rejiminin, və ya da rus təyyarələrinin vurduğu binanın dağıntıları altında qalan vətəndaşlara yardıma çalışan müdafiəetmə qrupları, 7 adamın cansız bədənini tapdı.
Qruplar bu sırada xarabalıqların içindəki 1 aylıq körpəni fərq etdi. Möcüzə şəkilində dağıntıdan sağ çıxardılan körpə, təcili yardımla səhra xəstəxanasına yetişdirildi.
Vətəndaş müdafiə etmə qrupların tərəfindən adının Hamidə Matuk olduğu təsbit edilən körpənin ailəsinin isə dağıntı altında qaldığı, ya da ölənlər arasında olduğu bildirilir.
Qruplar bombardmanda ölənlərin şəxsiyyətini təyin etmək üçün  işlərini davam etdirir.
Körpəni dağıntılar arasından çıxararaq təcili yardıma aparan və təcili xidmətdə xərəyə qoyana qədər qucağından buraxmayan mülkü müdafiəetmə vəzifəlisi Ebu Kilfe, göz yaşlarına boğulduğu anları belə izah edir:
"Onu dağıntının dördüncü mərtəbəsində fərq etdik. Yaşayırdı. Allahın izni ilə dağıntının içindən iki saat davam edən səyimiz nəticəsində qızı sağ-salamat çıxartmağı bacardıq. Qız bir aylıqdır. Ölə bilərdi də. Körpənin ağır bir yarası yoxdur. Allaha şükür. Onu görüncə qızım ağılıma gəldi və qızım kimi görüb qucağıma aldım. İzah edə bilmirəm, ağladım."