10 yaşlı uşağın ayağındakı damarı çıxarıb qoluna köçürdülər - Unikal əməliyyat
11:09 27.10.2017
Arxiv
570
ATU-nun Tədris Cərahiyyə Klinikasının ortopediya və travmatologiya şöbəsində çətin əməliyyatlardan biri icra olunub.
Şöbənin müdiri, həmçinin kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Cəfər Nəsirli Ailem.a-a bildirib ki, 10 yaşlı uşaq üzərində nadir bir əməliyyat uğurla icra olunub: "Uşaq yıxılıbmış və bizə sol qolunda bazu sümüyünün suprakondilər fəsadlı sınığı ilə müraciət etdilər. Müayinə zamanı artıq periferik nəbzlərin alınmadığını gördükdə xəstəni təcili əməliyyata apardıq. Əməliyyat 6 saat davam etdi. Sınıq bərpa olundu. Xəstədə bazu arteriyasının esikiasiyası, trombozu, periferik qan dövranı pozğunluğu var idi. Ona görə də xəstədə fəsadlaşmış damar tam götürüldü. Onun əvəzinə sağ aşağı ətrafdan vena alınaraq, sol yuxarı bazu sümüyünə köçürüldü”.
Əməliyyatda iştirak edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov da əməliyyatın yüksək səviyyədə keçdiyini deyir: "Əməliyyat zamanı aydın olub ki, travmaya görə bazu arteriyasının təxminən 4-5 sm-lik seqmentində disseksiya və ona bağlı olaraq, damar trombozu aşkarlanıb. Bunun nəticəsi olaraq, sol yuxarı ətrafda işemiya əlamətləri görülmüşdür. Xəstə tərəfimizdən intraoperativ olaraq dəyərləndirildi. Bazu arteriyasında lokal disseksiyanın olduğu aşkarlandı və xəstəyə safen veu grefti ilə bazu arteriyasının interpozisiyası əməliyyatı uğurla icra edildi”.
M.Məcidovun sözlərinə görə, əməliyyatdan sonra hər iki distal nəbzlər pozitiv olaraq qiymətləndirildi.
Qeyd edək ki, ATU həkimlərinin vaxtında və uğurlu müdaxiləsi nəticəsində hazırda xəstənin sol qolunda nəbzi normal vurur. Xəstə normal qidalanır. Uşaq bir neçə gündən sonra evə yazılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya