100 dəqiqəlik ömür...

Teddyin 3,8 santimetrlik kiçik böyrəyi başqasına yeni bir həyat verdi
İngiltərədə yeni doğulan əkiz körpələrdən biri yalnız 100 dəqiqə yaşaya bildi.
Bu qəhrəmanlıq əhvalatında Teddyin 3,8 santimetrlik kiçik böyrəyi başqa birinə yeni bir həyat verdi.
İngilis "Daily Mirror” qəzeti, dünyanın ən kiçik orqan hədiyyəçisini xəbər etdi. Yeni doğulan əkizlərdən yalnız 100 dəqiqə yaşadıqdan sonra ölən Teddy Houlstonun orqanlarının bağışlanması üçün ana və atanın böyük mübarizə verdiklərinə diqqət çəkən "Daily Mirror”, digər əkiz qardaş Noah Houlstonun yaşadığını və sağlamlığının yaxşı olduğunu bildirdi.
İngiltərədə yeni doğulan əkiz körpələrdən biri yalnız 100 dəqiqə yaşaya bildi. Bu qəhrəmanlıq əhvalatında Teddyin 3,8 santimetrlik kiçik böyrəyi başqa birinə yeni bir həyat verdi.
İngilis "Daily Mirror” qəzeti, dünyanın ən kiçik orqan hədiyyəçisini xəbər etdi. Yeni doğulan əkizlərdən yalnız 100 dəqiqə yaşadıqdan sonra ölən Teddy Houlstonun orqanlarının bağışlanması üçün ana və atanın böyük mübarizə verdiklərinə diqqət çəkən "Daily Mirror”, digər əkiz qardaş Noah Houlstonun yaşadığını və sağlamlığının yaxşı olduğunu bildirdi.
Qəhrəmanlıq əhvalatı olaraq verilən xəbərdə, oğulları Teddyin tanımadıqları birinin həyatını qurtarmaq üçün böyrəklərini bağışladıqlarını izah edən ana Jess Evans və ata Mike Houlston, "Yaşadı və qəhrəman olaraq öldü. Onla qürur duyuruq” dedilər.
Teddy öldükdən 20 saat sonra bir həyatın necə qurtarıldığını sxemlərlə göstərən "Daily Mirror”, ana atanın göstərdiyi cəsarəti tərifləyərkən böyrək nəqlinin 23 apreldə həkim Niaz Əhməd tərəfindən reallaşdırıldığını bildirdi. Teddyin böyrəklərinin 3.8 santimetr uzunluqda olduğu ifadə edildi.