101 yaşında da ana oldu





İtalyalı  Anatolia Verdatella 101 yaşında dünyanın ən yaşlı doğuş edən qadını oldu. Hamiləliyin reallaşdırılması üçün lazımlı olan yumurtalıq nəqli də Türkiyədə edildi.

101 yaşlı Anatolia Verdatella yumurtalıq nəqli etdirib 17-ci uşağını dünyaya gətirdi. Avropada qadağan edilən cərrahi əməliyyat Türkiyədə xüsusi bir klinikada reallaşdırıldı.

Həkimlər tərəfindən irəliləyən yaşında doğum etdiyi üçün tənqid olunan İtalyalı  qadın, əməliyyatı reallaşdıran həkimlərə minnətdar olduğunu söylədi. Gözyaşları içində danışan Verdatella "48 yaşımda yumurtalıq xərçənginə tutulduğumdan bəri doğum etmədiyim üçün özümü işə yaramaz hiss edirdim. Sanki yalnız 16 uşaq doğduğum üçün tanrı məni cəzalandırırdı. Ancaq tanrı bir dəfə də lütvünü göstərərək mənə təkrar ana olmaq bəxş etdi " deyə bildirib.

Əri 1998-ci ildə ölən qadın, sperma donoru yoluyla hamilə qaldı. Verdatelladan əvvəl dünyanın ən yaşlı anası Cənub Afrikalı Maleqvale Ramokqopa idi. İddiaya görə, Ramokqopa 1839-cu ildə, 92 yaşını qeyd etdikdən üç gün sonra əkiz körpələr dünyaya gətirmişdi.