“Yanq Boyz” Bakıda fərqli heyətlə oynayacaq






"Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Yanq Boyz” Bakıya yüksək-əhvali ruhiyyədə gəlir. Apasport.az saytının İsveçrə mətbuatına istinadən məlumatına görə, Bern təmsilçisinin Superliqadakı qələbəsi baş məşqçi Harald Qamperlenin də fikrini qarışdırıb.
Çalışdırıcı İsveçrə çempionatının VI turu çərçivəsində "Sion”la səfər matçında əsas heyətin əksər oyunçularına istirahət vermişdi. Onun meydançaya buraxdığı start "11-liy”indəki futbolçulardan 6-sı gənc idi. Belə ki, Yvon Mvoqo, Floren Haderqjonaj, Qreqori Vütrix, Aleksandr Qonzales, Leonardo Bertone və Yuya Kubonun 20-22 yaşları var.
"Sion” üzərindəi inamlı qələbə qazanan gənclərin ümidləri doğrultması Bakı səfəri öncəsi Qamperleni çətin vəziyyətə salıb. İsveçrə KİV-nin iddiasına görə, çalışdırıcı ilk görüşdəki məğlubiyyəti (0:1) nəzərə alaraq, Bakıda fərqli heyətə şans verəcək. Həmkarlarımız "Sion”la qarşılaşmanı yüksək səviyyədə keçirən hücumçu Miralem Süleymanini isə xüsusi vurğulayıblar. Baş məşqçi "Qarabağ”la görüşdə qol yollarında serbiyalı forvarda güvənəcək.
Qeyd edək ki, "Qarabağ” – "Yanq Boyz” oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.