Avstriyaya qaçırlar

Macarıstanda qaçqın böhranı böyüyür



Macarıstanda qaçqın böhranı böyüyür. Yüzlərlə qaçqın aparıldıqları düşərgədən qaçır, yüzlərlə qaçqın isə Avstriyaya çatmağa çalışır.
Qərbi Avropa ölkələrinə getmək istəyən və hələ də paytaxt Budapeştdəki Keleti stansiyasında gözləyən yüzlərlə qaçqın hərəkətlənərək bölgəni tərk etməyə başladı.

"AFP”, Macar polisinin gedən qaçqınlara müdaxilə etmədiyini bildirir. Avstriyaya çatmağa çalışdığı ifadə edilən qaçqın sayının 1000-dən çox olduğu ifadə edilir. Digər yandan Bicske qəsəbəsinə aparılan yüzlərlə qaçqın, burada qeyd altına alınmamaq üçün yerləşdirildikləri düşərgədən qaçır. Macarıstan polisi tərəfindən verilən açıqlamada, "300 qeyri-qanuni immiqrant saat 11.30-da (TSİ 12.30) Roszke immiqrant toplama nöqtəsindəki məftil çəpərləri aşaraq şoseyola doğru qaçmağa başladı. Polislər, bu qrupu həbs etmək üçün lazımlı addımları atmışdır” deyildi. Sputnikin bildirdiyi xəbərə görə, səlahiyyətlilər ayrıca, Serbiya sərhədindəki Roszke sərhəd məntəqəsinin bağlanıldığını qeyd edib. Serbiya xəbər agentliyi MTI, Bicskedəki ikinci bir düşərgədən də qaçan qaçqınlar olduğunu bildirdi.