Tovuzda zəncirvari qəza

Tovuz rayonunun Düz Cırdaxan kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Qəza baş vermiş ərazidə digər avtomobil isə piyadaları vurub. Hadisə nəticəsində bir neçə piyada xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.