Türkiyə BRICS-ə qoşulmaq istəyir

Türkiyə BRICS-ə daxil olmaq üçün müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, təşkilatın genişləndirilməsi məsələsinə BRİCS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər.
Məlumat üçün deyək ki, bir müddət əvvəl Azərbaycan da BRICS-ə daxil olmaqla bağlı rəsmi müraciət ünvanlayıb.