Ağstafada avtomobil qəzası olub

Ağstafa şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisəsinin təfərrüatları və zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.