ABŞ Qəzza ilə bağlı yeni plan təqdim edəcək - Bayden

Birləşmiş Ştatlar bu həftə Qəzza zolağında yeni yekun atəşkəs razılaşmasını təqdim etməyə yaxındır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden mətbuat konfransına deyib.

"Biz buna çox yaxınıq", - deyə Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında bildirib.