Habil Əliyev hələ də komadadır





Xalq artisti Habil Əliyevin səhhətində irəliləyiş yoxdur. Tanınmış sənətkarın bacısı qızı Lent.az-a bildirib ki, Habil Əliyev hələ də sentyabrın 2-də düşdüyü vəziyyətdən-komadan çıxa bilməyib və onun səhhətində hər hansı müsbət dəyişiklik nəzərə çarpmır.
Qeyd edək ki, H.Əliyevin səhhətinə Mərkəzi Klinik Xəstəxanasının həkimləri nəzarət edir.