Türkiyədə növbəti dəfə polisə silahlı hücum olub, ölən və yaralananlar var







Türkiyədə növbəti terror hadisəsi baş verib.
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatının üzvləri Türkiyənin Diyarbəkir şəhərində polisə silahlı hücum edib.
Ərazidə olan polislərə raketlə edilən hücum nəticəsində iki polis şəhid olub, 3-ü isə yaralanıb.
Ötən gecə Diyarbəkirin Sur qəsəbəsində də polis bölməsinə silahlı hücum olub. Hadisə nəticəsində polis bölməsinin yaxınlığında olan bir mülki şəxs yaralanıb.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.