Jurnalist Pənah Hüseynə rəqib oldu

Razi Abasbəyli deputatlığa namizədliyini verib


Jurnalist, "Gundeminfo.az” saytının rəhbəri, deputatlığa namizəd Razi Abasbəylinin Seçki Qərargahı fəaliyyətə başlayıb. Bu barədə jurnalist özü məlumat verib.

63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığını irəli sürən R.Abasbəyli artıq seçki prosesi ilə bağlı olaraq dairənin dislokasiya üzrə ərazisində fəaliyyətə start verib. Sayt rəhbəri ilkin hazırlıq işlərinin başa çatdığını bildirib: "14 nəfərdən ibarət könüllülərlə Seçki Qərargahını formalaşdırdıq. Könüllü olaraq prosesdə iştirak etmək istəyən yaxın qohumlarım, dostlarım və uzun illər təmsil etdiyim partiyadaşlarım, Ümid Partiyasının fəalları da var. Bu seçkilərdə namizədliyim Ümid Partiyası tərəfindən dəstəklənib. Partiya siyahısı ilə seçkilərdə iştirak edirəm. Dairə ərazisində əhali arasında seçki ovqatının yüksəldilməsi, insanların seçkidə aktiv iştirakını təmin etmək üçün lokal qaydada sorğular keçiririk. Müşahidəçi və vəkil olacaq şəxslərlə görüşlər keçiririk. İmza toplamaq üçün kəndlərdə insanlarla görüşlər təşkil edirik. Fikrimizcə, bu seçkidə böyük şansımız var və sakini olduğum, doğulub boya-başa çatdığım el-obamın insanları bizim zəhmətimizi yüksək qiymətləndirəcəklər”.

İsmayıl