Ermənistan ordusunun 3 hərbi qulluqçusu ölüb




Ermənistan ordusunun 3 hərbi qulluqçusu yol-nəqliyyat hadisəsi zamanı ölüb.
APA-nın "epress.am" saytına istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 5-də, gecə saatlarında Martuni-Vardenis şosesində baş verib.
"Mercedes" markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində ümumilikdə 5 nəfər ciddi xəsarət alıb. Onları Vardenis şəhərində yerləşən hərbi qarnizonun hospitalına çatdırsalar da, 3-nün həyatını xilas etmək mümkün olmayıb, 2 hərbi qulluqçunun vəziyyəti isə ağırdır.