Anar Məmmədovu qətlə yetirən qız: “33 yaşı tamam olan gün öldürdüm”




"Dünən mənə dediyinə görə onun ad günü idi... 33 yaşı olurdu”. Söhbət Novxanıda Səringül Ramazanova tərəfindən qətlə yetirilən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovdan gedir. Səringülün sözlərinə görə, Anarla elə həmin gün tanış olub. Kafelərin birinə girib su istəyən qıza Anar əvvəl çay içməyi, daha sonra yaxınlıqdakı restorana getməyi təklif edib. İçkili vəziyyətdə olduqlarından aralarında mübahisə düşüb.
"Əxlaqsızlıq təklif etdi mənə. Mən də dedim yox! Ölümü söydü. Dedi ki, belə deyilsən? Dözə bilmədim, bıçağı götürdüm əlimə”.
Səringül Ramazanovanın sözlərinə görə, bıçaqla Anar Məmmədovun boyun nahiyəsindən vurub. Səs-küyə restoranın sahibi gəlib.
"Gördüm əlini tutub boğazına, güclü qan fısqırır. Qaçırdı, tutdum arxadan, ona dedim ki, Anar, gəl spirtlə silim, qan laxtalansın. Sonra səni aparım travmatologiyaya, hər şeyi özüm edəcəyəm. Amma yenə də məni söydü”.(apa.tv)
Ağır yaralanan Anar Məmmədov maşına oturaraq özünü xəstəxanaya çatdırıb. Lakin yaralı çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.