Qarsın Susuz qəsəbəsinə aid Doyumlu kəndində barış mesajları verməsi üçün rəssam - heykəltəraş Yucel Üzeyirin 460 illik şam ağacından yaratdığı 7 metr yüksəkliyində оlan "Qafqaz Arı» heykəlinin içində arıların çıxardığı 5 kilo bal, hərracla satışa təqdim edildi. Heykəlin içindəki şanlarda olan bütün balа, bir marketlər şəbəkəsi 10 min lirə verərək aldı.(milliyet.com)
Satışdan əvvəl rəssam- heykəltəraş Yucel Üzeyir, Qafqaz Arı irqinin xüsusiyyətlərini, Qars balının dünyadakı yeri və heykəldə çıxarılan baldan danışıb. Pendir satıcıların iştirak etdiyi hərracda heykəlin balı 10 min lirəyə satıldı. Kilosu 2 min lirəyə düşən balı məşhur bir marketlər şəbəkəsi alıb. Üzeyir baldan əldə edilən gəlirin bir qismini təhsil məqsədli istifadə ediləcəyini, ayrıca bir miqdarının da şəhid ailələrinə veriləcəyini söylədi.