Kürdəmirdə 17 yaşlı qız intihara cəhd edib. Dünən Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Kürdəmir şəhərində 1 nəfərin intihar etmək niyyətini nümayiş etdirməsi barədə müraciət daxil olub.
Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılıb və intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 15:55-də başa çatıb.
APA-nın yerli bürosunun məlumatına görə, saat 15:30 radələrində rayonun Soltan Şıxaliyev küçəsində 1998-ci il təvəllüdlü A. M. dəmir yoluna məxsus 15-20 metr hündürlüyündəki işıq dirəyinə çıxaraq özünü oradan atmaq istəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşlarının A. M. ilə apardıqları söhbətdən sonra o, fikrindən yayındırılıb və dirəkdən düşürülərək ailəsinə təhvil verilib. İlkin məlumata görə, gənc qızın intihara cəhd etmək istəməsinə səbəb ailədaxili münaqişə olub.