12 yaşlı oğlan boğularaq öldü




Samuxda 12 yaşlı oğlan ehtiyatsızlıqdan ölüb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. 12 yaşlı Tunar Baxşəliyev yelləncəkdə oynayarkən kəndir onun boğazına dolanıb. Nəticədə uşaq boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.